Səmədov Qüdrət Aşur oğlu () — kolxoz sədri, Sosialist Əməyi Qəhrəmanı.
Həyatı Qüdrət Səmədov 1904-cü il aprelin 4-də Salyanın Sarvan kəndində anadan olmuşdur. Pambıqçılığın inkişafında xidmətləri olub. İki əllə pambıq yığılmasının ilk təşəbbüsçülərindəndir.
1922-ci ildən 1946-cı ilədək SSRİ-nin 50 illiyi adına 1 nömrəli sovxozda, Muğan tikinti idarəsində fəhlə, Sarvan kəndindəki "Qırmızı Azərbaycan" kolxozunda kolxozçu, manqabaşçısı işləyib. 1946-cı ildən ömrünün sonuna qədər Nizami adına kolxozda sədr olub. 1947-ci ildə Sosialist Əməyi Qəhrəmanı adı alıb.
Azərbaycan SSR Ali Sovetinin (4–7-ci çağırış), SSRİ Ali Sovetinin (8-ci çağırış) deputatı olmuş, kolxozçuların 1, 2, 3-cü Ümumittifaq qurultaylarının nümayəndəsi seçilmişdir. Azərbaycan KP 21, 22, 24–28-ci qurultaylarında AKP MK üzvü seçilib.
2 dəfə "Lenin" ordeni, "Oktyabr inqilabı" ordeni, "Qırmızı əmək bayrağı" ordeni və medallarla təltif edilib.
Qüdrət Səmədov 1972-ci il yanvarın 8-də vəfat edib.
Anadan olmasının 100 illiyi yüksək səviyyədə qeyd edilib və 100 illiyi münasibətilə sərbəst güləş üzrə respublika turniri keçirilib.Salyanda Sosialist əməyi Qəhrəmanı Qüdrət Səmədovun xatirə turniri keçirilmişdir.
Adına Salyan şəhərində küçə var.
Xalq Artisti Həsən Məmmədovun dayısıdır.
Mənbə Ağacavad Əlizadə — Qüdrət Səmədov (sənədli povest). Bakı: İşıq, 1977, 40 səh.
Haqqında yazılan kitablar Ağacavad Əlizadə "Qüdrət Səmədov" kitabı 1977 "Ağ saçların dastanı" 2005.
İstinadlar
Kateqoriya:Pambıqçılar Kateqoriya:Kolxoz sədrləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin V çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Salyan Rayon Xalq Deputatları Sovetinin deputatları Kateqoriya:Sov.İKP-nin XXIV qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XIX qurultayının nümayəndələri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri