Ayçınqıl dağı — Ordubad rayonu ərazisində, Zəngəzur silsiləsinin suayırıcısında, Vənəndçayın mənbəyində dağ (hünd. 3707,0 m). Mehri-Ordubad] batolitinin Üst Oliqosen-Alt Miosen yaşlı porfirvari-qranitoid formasiyasına aid kvarslı siyenit-dioritlərdən təşkil olunmuş yamacları sıldırımlı konusvari zirvədir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-qərb cinahında yerləşir. Ətrafında şimal-şərq istiqamətli eyniadlı dərinlik qırılması və onun şaxələri müşahidə olunur.

Yerli əhali dağə Ay-çonqal dağı da adlandırır.

İstinadlar

Həmçinin bax:

Kateqoriya:Ordubad rayonunun dağları