Toğluqaya dağı – Şahbuz rayonu ərazisində dağ (hünd. 2905,8 m).  Zəngəzur silsiləsinin suayırıcısındakı Camal yüksəkliyinidən (3204,3 m) qərb istiqamətdə ayrılan eyniadlı  qolun suayırıcısında zirvə. Nursuçayın mənbə hissəsində, Nursu kəndindən 7 km şərq-cənub-şərqdədir. Alt Pliosen yaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit, bazalt lavaları və piroklastlarından təşkil olunmuş, yamacları sıldırımlı günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin hüdudlarında yerləşir. 

Həmçinin bax: Naxçıvan Abdal (dağ) Acıçeşmə dağı Ağqaya Cindağ (Şahbuz)

İstinad:

Kateqoriya:Şahbuz rayonunun dağları