Andrey Popoviç () — Qırğızıstan Premyer Liqası klubu "Qırğızaltın"da qapıçı kimi çıxış edən Ukrayna əsilli azərbaycanlı futbolçu.

Həyatı 1992-ci ilin mart ayında Ukraynanın Zakarpatya vilayətində yerləşən Çop şəhərində dünyaya göz açmışdır. Orta təhsilini başa vurduqdan sonra Ujqorod şəhəri Dövlət Universitetində bakalavr səviyyəsində ali təhsil pilləsini bitirmişdir. 2008-ci ilədək Donetsk şəhərində yaşamış və yerli Metallurqun aşağı yaş qruplarında oynamışdır. Yeniyetmə yaşlarından futbolla məşğul olmağa başlayan Andrey Azərbaycana gəldikdən sonra peşəkar karyerasına qədəm qoymuşdur.

Karyerası Azərbaycandakı peşəkar karyerasına Bakı FK-da başlamışdır. Burada daha çox əvəzedici heyətdə oynayan və öz potensialını tam üzə çıxara bilməyən gənc oyunçu tezliklə Abşeron PFK-a icarəyə verilir. "Abşeron"un heyətində 26 qarşılaşmaya çıxan qolkiper klubun birinci divionda qızıl medala yiyələnməsində böyük pay sahibi olur. Beləcə elita klublarının diqqətini cəlb edən qapıçı müxtəlif vaxtlarda Sumqayıt Şəhər FK və Turan FK-nun şərəfini qoruyub. 2013-cü ildə Türkiyənin PTT 1-ci liqasında mübarizə aparan Tavşanlı Linyitspora transfer olub. 2016-cı ildə Qəbələ FK-də ikinci qapıçı kimi çıxış edən Popoviç iyulun 6-sı klubdan ayrılıb.

10 fevral 2025-ci ildə Popoviçin Qırğızıstanın "Qırğızaltın" klubu ilə bir illik müqavilə imzaladığı bildirilib.

Milli Karyerası Müxtəlif vaxtlarda Azərbaycanın fərqli kateqoriyalardan olan aşağı yaş qrupu üzrə seçmə komandalarında çıxış edən qolkiper 2011-ci ildə Berti Foqtsun dəvəti ilə Azərbaycanın əsas milli komandasında debüt etmək imkanı qazanıb. Albaniyaya qarşı keçirilən yoxlama oyunu Azərbaycan millisinin 1-0 hesablı qələbəsi ilə yekunlaşdı. O bundan sonra daha bir dəfə millinin formasını geymə fürsəti əldə edib.

İstinadlar Сборная Азербайджана пригласила уkраинского вратаря

Kateqoriya:Legioner Azərbaycan futbolçuları Kateqoriya:Macarəsilli azərbaycanlılar Kateqoriya:Turan Tovuz PFK futbolçuları Kateqoriya:Qəbələ FK futbolçuları Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Sumqayıt FK futbolçuları Kateqoriya:Ukraynadan Azərbaycana mühacirət edənlər Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Ukrayna Premyer Liqasının futbolçuları Kateqoriya:Ukrayna Birinci Liqasının futbolçuları Kateqoriya:Ukrayna İkinci Liqasının futbolçuları Kateqoriya:Ukrayna futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Türkiyədə legioner futbolçular Kateqoriya:Kişi futbol qapıçıları Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular Kateqoriya:Bakı FK futbolçuları Kateqoriya:Standard Sumqayıt FK futbolçuları Kateqoriya:Qırğızıstan Premyer Liqası futbolçuları