Tesla Model 3 — orta ölçülü, 4 qapılı, elektriklə işləyən, Tesla şirkəti tərəfindən hazırlanan avtomobil.
Model 3-ün məhdud sayda istehsalı 2017-ci ilin İyul ayından başlayıb, və ilk 30 avtomobil sahiblərinə İyulun 28-i 2017-ci ildə verilib. Teslanın CEOsu Elon Musk 2017-ci ilin Dekabrına qədər 20 000 avtobil istehsal edəcəklərini gözlədiklərini deyib, bu ümumi istehsal qabiliyyətinin 60 faizini təşkil edir.
2016-cı ildə Model 3-ün planını elan etdikdə, ilk bir həftəyə 325 000 onlayn avtomobil sifariş (reserv) verilmişdir. Bu sifarişlərin ümumi məbləği 14 milyard dollar edir. 2017-ci ilin may ayına olan məlumata görə isə 400 000 və 500 000 arasında Model 3 sifariş verilib, amma Tesla özü maliyyə hesabatlarında bu barədə bir rəqəm açıqlamayıb.
İstinadlar
Kateqoriya:İlon Mask