Elvis Presley (Birləşmiş Krallıqda Elvis Presley Rock n' Roll adı altında çıxarılmışdır) amerikalı müğənni Elvis Preslinin ilk studiya albomudur. Albom 1956-cı ilin martında RCA Victor studiyası tərəfindən, monofon səs ilə, LPM 1254 kataloq nömrəsi ilə çıxarılmışdır. Səsyazma sessiyası yanvarın 10-11-i Neşvill, Tenessi'də RCA Victor səsyazma studiyasında, yanvarın 30 və 31-i isə həmin studiyanın Nyu-Yorkdakı ofisində baş tutmuşdur. Qalan işlər isə Memfisin Sun studiyasında görülmüşdür.
Albom 1956-cı ildə 10 həftə Bilboard 200'də zirvədə qalmış və bu uğura imza atan ilk rok-n-roll albomu olmuşdur. Eyni zamanda, bu janrda 1 milyon nüsxə satılan ilk albom olmuşdur . 2003-cü ildə albom Rolling Stones dərgisinin tarixin 500 ən yaxşı albomu siyahısında 56-cı yerdə qərarlaşmışdır. Elvis Presley həmçinin musiqiçinin Ölmədən öncə dinlənilməsi gərəkli 1001 albom kitabına da daxil edilən üç albomundan biridir ki, digər albomlar Elvis is Back! və From Elvis in Memphis'dir. Albom Amerika Səsyazma Sənayesi Assosiasiyası tərəfindən 1 Noyabr 1966-cı ildə qızıl və 8 Avqust 2011-ci ildə platin seritifkatlarına layiq görülmüşdür.
İstinadlar
Kateqoriya:Elvis Presli albomları Kateqoriya:RCA Victor albomları Kateqoriya:1956-cı ilin musiqi albomları Kateqoriya:Kover albomlar