Səngərtəpə dağı — Şahbuz rayonu ərazisində dağ (hünd. 1757,2 m). Zəngəzur silsiləsinin suayırıcısındakı Camal yüksəkliyinidən (3204,3 m) qərb istiqamətdə ayrılan Toğluqaya qolunun cənub yamacında, Nursu kəndinin şimal-şərq kənarında zirvə. Nursuçayın sol sahilindədir. Orta Pleystosenin flüvioqlasial törəmələrindən təşkil olunmuş konusvari yüksəklikdir. Yamaclarında cavan çöküntülər altından Üst Eosenin Priabon mərtəbəsinə aid Üst Paradaş yarımlay dəstəsinin terrigen-çökmə süxurları açılır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin Nursu mərkəzi əyilməsinin şimal-şərq cinahında müşahidə edilən maili Nursu-Qabaqtəpə sinklinalının şimal-şərq qanadında yerləşir.
Həmçinin bax Naxçıvan Abdal (dağ) Acıçeşmə dağı Ağqaya Cindağ (Şahbuz)
İstinadlar
Kateqoriya:Şahbuz rayonunun dağları Kateqoriya:Şahbuz rayonu