Bhavnaqar — Hindistanın qərbində, Qucarat ştatında şəhər.

Əhalisi Əhalisi 566 min (2006) nəfərdir.

Coğrafiyası Kathiyavar yarımadasının cənub-şərqində, Ərəbistan dənizinin Kambey körfəzi sahilində port (aztonnajlı gəmilər üçün). Bhavnaqarın 10 km-liyində iritonnajlı gəmilər üçün yeni liman (yük dövriyyəsi ildə 1,8 milyon t) inşa edilmişdir.

Tarixi Şəhər 1723-cü ildə salınmışdır. 1947-ci ilədək Bhavnaqar knyazlığının paytaxtı olmuşdur.

Memarlığı Dəniz Kimyəvi Maddələri və Duzları Mərkəzi Elmi Tədqiqat İnstitutu (1951; 1954-cü ildən Bhavnaqardadır), universitett (1979), Samaldas kolleci (M.K. Qandi bu kollecdə oxumuşdur), Barton kitabxanası (1895), M.K. Qandi memorialı (“Qandi Smriti”; 1955; nəzdində kitabxana və muzey) var.

Sənayesi Kənd təsərrüfatı rayonunun ticarət mərkəzidir (əsasən, pambıq). Toxuculuq (pambıq parça, ipək), yeyinti, kimya (o cümlədən mineral gübrələr) sənayesi, maşınqayırma müəssisələri fəaliyyət göstərir. Gəmi təmiri; sahildə duz çıxarılır.

 Qalereya

Həmçinin bax Bhaktapur Bhaqalpur Bhatpara

İstinadlar

Xarici keçidlər Bhavnagar Ərazi İnkişafı İdarəsi

Kateqoriya:Hindistan şəhərləri