Varmaziyar, Varmaziar, Arevaşat — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçtniədzin) rayonunda kənd.Шопен И. Исторический памятник состояния Армянской области в эпоху ее присоединения к Российской империи. Спб., 1852.
Haqqında Rayon mərkəzindən 12 km cənub-şərqdə yerləşir. Qafqazın 5 verstlik xəritəsindəД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.49 qeyd edilmişdir.
Toponimi Toponim türk dilində "dərə, vadi, dərin yarğan" mənasında işlənən varМурзаев Э.М. Словарь народных географических терминов, М., "Мысль", 1984. s.113 və ərəb dilində "ziyarət yeri, ziyarət olunan yer, qəbir" mənasında işlənən məzar sözlərindənƏrəb və fars sözləri lüğəti, Bakı, Azərb.SSR Elmlər Akademiyası nəşriyyatı, 1966. s.341 əmələ gəlib, "dərədə, vadidə olan kənd" mənasını ifadə edir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Arevaşat qoyulmuşdur. XIX əsrin ortalarında ermənilər yerləşərək Azərbaycan türklərini sıxışdırmışlar. 1886-cı ilə aid mə'lumata görə kəndin əhalisi erməni idi. 1946-cı ildə kənd ermənicə Arevşat adlandırılmışdır. İran dillərində var "qala", "möhkəmləndirilmiş kənd" sözündən və Məzyar şəxs adından ibarətdir. Naxçıvanda Vərməziyar kənd adı ilə mənşəcə eynidir.
Əhalisi Kənddə 1831-ci ildə 61 nəfər yalnız azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) . Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.152. 1828–29-cu illərdə indi Ermənistan adlanan əraziyə İranın Xoy və Salmas vilayətlərindən köçürülən ermənilər həm də burada yerləşdirilmiş və azərbaycanlılar kənddən çıxarılmışdırHakopyan T.X., MəlikBaxşyan St.T., Barseğyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti, (erməni dilində). I c., AD, İrəvan, "İrəvan Universiteti", 1986. s.424. İndi ermənilər yaşayır.
İstinadlar
Kateqoriya:Eçmiədzin qəzasının kəndləri Kateqoriya:Gərnibasar mahalı Kateqoriya:Armavir mərzinin yaşayış məntəqələri