Şirinsulu ekosistemlər- şirin sular kontinentin səthində çay, göl və bataqlıqlar əmələ gətirir. İnsan öz ehtiyacı üçün süni göllər və su anbarı yaradır. Deməli, şirin sular axar və nisbi hərəkətsiz (durğun) vəziyyətdə ola bilər.Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət. Bakı-Elm-2008. 

Şirinsulu ekosistemlər bütün ekosistemlərin olduqca kiçik hissəsini təşkil edərək aşağıdakı xüsusiyyətlərinə görə insanlar üçün daim böyük əhəmiyyət kəsb edir: Şirin sular praktiki olaraq məişət və sənaye ehtiyaclarını ödəmək üçün yeganə mənbə sayılır; Şirinsulu ekosistemlər tullantıları yenidən işləmək üçün ən əlverişli və ucuz sistem sayılır; alt=Şirinsu balığı angel, Montreal Botanical Garden.|thumb|Şirinsu balığı angel, Montreal Botanical GardenSuyun nadir termodinamik xassəyə malik olaraq mühitin temperatur tərəddüdünü azaltmağa imkan verir. Qeyd edildiyi kimi su mühitinin limitləşdirici faktorları, temperatur, şəffaflıq, axın, duzluluq və b. hesab olunur. Suda yaşayan heyvanların əksəriyyəti stenoterm sayılır, ona görə də mühitin az da olsa, istilik çirklənməsi onlar üçün təhlükəlidir. Su hövzələrində suyun şəffaflıq dərəcəsi həyat üçün çox vacib sayılır, bu günəş işığının daxil olaraq fotosintez prosesinin mümkün olduğu dərinlik zonası ilə ölçülür. Şəffaflıq dərəcəsi müxtəlif olub çox bulanlıq su hövzələrində bir neçə santimetr dərinlikdən, şəffaf dağ göllərində 30–40 metrə çata bilər. Lotik ekosistemlərdə axım da mühüm limitləşdirici faktor olub orqanizmlərin yayılmasına, qaz və duzların miqdarına təsir göstərir. Su ekosistemlərində oksigenin konsentrasiyası da mühüm limitləşdirici faktor hesab olunur. Biogen duzlardan nitratlar və fosfatlar da adətən limitləşdirici olur, bəzən kalsium və digər elementlərin çatışmazlığı hiss olunur.Qərib Məmmədov, Mahmud Xəlilov. Ekologiya, ətraf mühit və insan. Bakı-Elm-2006.

Şirinsulu ekosistemlərin növləri Bəzi su hövzələri bir vəziyyətdən digərinə keçə bilər. Bununla əlaqədar olaraq şirinsulu ekosistemlər aşağıdakılara bölünür: Lentik () ekosistemlər. bura göllər, nohurlar, yəni durğun sular aiddir; Lotik () ekosistemlər. Bura çeşmələr, çaylar-axar sular daxildir; Bataqlaşmış ərazilər- ilin mövsümləri üzrə səviyyəsi dəyişir. Bura marşlar və bataqlıqlar daxildir. 

Həmçin bax Lentik ekosistem Göl

Xarici keçid Dünyanın su hövzələrinin çirklənməsi konteksində şirin su ehtiyatlarının azalması" mövzusunda seminar keçirilib

İstinadlar

Kateqoriya:Coğrafiya Kateqoriya:Hidrologiya Kateqoriya:Su ekologiyası