Yay gündönümü Günəşin ekliptikada 22 iyundakı vəziyyətidir. Bu zaman Günəş ekvatordan şimala doğru ən çox meyil edir (Günəşin meyli 23,5°-yə bərabər olur). Şimal yarımkürəsində ən uzun gündüz və ən qısa gecə olur. Yay gündönümdən sonra Günəş illik hərəkətində göy qübbəsi üzrə yenə ekvatora yaxınlaşır, payız gecə-gündüz bərabərliyində isə ona çatır.
Qış gündönümü Günəşin ekliptikada 22 dekabr vəziyyətidir. Bu zaman Günəş ekvatordan cənuba doğru ən çox meyil edir (Günəşin meyli 23,5°-yə bərabər olur). Cənub yarımkürəsində ən uzun gündüz və ən qısa gecə olur. Qış gündönümdən sonra Günəş illik hərəkətində göy qübbəsi üzrə yenə ekvatora yaxınlaşır, yaz gecə-gündüz bərabərliyində isə ona çatır.Qərib Məmmədov, Mahmud Xəlilov. Ensiklopedik ekoloji lüğət, Bakı 2008
Həmçinin bax Qış fəsili
İstinadlar
Xarici keçidlər Yerin Günəş sistemində mövqeyi Yerin Günəş ətrafında hərəkəti
Kateqoriya:Astronomik hadisələr Kateqoriya:Günəş sistemi Kateqoriya:Təqvim Kateqoriya:Astronomiyada vaxt