Filozey amöblər () — İbtidailərin sinfidir.

Quruluşu Sapşəkilli psevdopodiyaları çox vaxt şaxələnən, nadir hallarda bir-biri ilə anastomozlaşan amöblərdir. Çanaqları nazik silisium lövhəcikləri idiosomlarla örtülür. Bəzən bu örtük kənar mineral və ya başqa ekzogen hissəciklərdən ibarət ola bilər. Çanağının forması ovalvarı, yumurta və ya çöpşəkilldir. Ağızcıq əsas etibarilə piriminaldır. Ağızın kənarları ya hamar, ya da müxtəlif formalı və ölçülü dişciklərlə əhatələnmişdir.Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s.

Çoxalması Çoxalması aqam yolladır. Bəzi növlərdə cinsi proses məlumdur. Əksərən su orqanizmləridir.

Ədəbiyyat Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s.

İstinadlar

Kateqoriya:İbtidailər