Thecamoebidae () — ibtidailərin amöbozoylar tipinin fəsiləsidir.
Ümumi quruluşu Ovalvarı, ellipsvarı, uzunsov, yelpikşəkilli və ya yarımdairə konturlu simmetrik, yastılaşmış amöblərdir. Traktor tırtılı kimi hərəkət edirlər. Sıxlaşmış pellikulu ola bilər. Bütöv bir sıra nüvə quruluşuna və mitoz sxeminə malikdirlər.Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s.
Fəsiləyə 5 cins daxildir: Thecamoeba Sappinia Vanella Platyamoeba Pessonella
Yayılması Onların nümayəndələri Böyük Britaniya, Almaniya, ABŞ, Rumıniya, Bolqarıstan, Misir, Yaponiya, Fransanın şirin sularında, torpaqlarında, xəzəldə, peyində, məməlilərin nəcisində və s. qeyd olunmuşdur. Orta Asiyada, Rusiyada, Ukraynada aşkar edilmişdir. Azərbaycanda yalnız bir cinsin – Thecamoeba verrucosa Lepsi cinsinin nümayəndəsi Lənkəran təbii vilayətinin sitrus bitkiləri əkilən sarı torpaqlarında aşkar edilmişdir.
İstinadlar
Ədəbiyyat Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı, Elm, 2002, 268 s.
Kateqoriya:Amöbozoylar