() — aləminin tipinə aid protozoy sinfi.
Həyat tərzi Heyvan qamçılıları (digər adları; zoomastiqinlər və rəngsiz qamçılılar) forma və quruluşuna görə suda və torpaqda yaşayan olurlar. Saprofit və ya animal yolla qidalanan heterotrof orqanizmlərdir. Zooflagellatların bir hissəsi parazit həyat tərzinə keçmişdir. Onlar onurğalı və onurğasız heyvanların, eləcə də bitki və insanların təhlükəli xəstəliklərinin törədiciləidir.
Quruluşu Bədənin ölçüsü 5–10 ilə 20–30 mkm (nadir hallarda 100-ə qədər) arasında dəyişir. Bir və ya bir neçə qamçısı və nüvəsi var. Bəzi formalarda bədən dəyişkəndir, psevdopodiyalar əmələ gətirə bilir. Çoxalma – qeyri-cinsi yolladır, iki yerə bölünməklə baş verir. Cinsi proses də məlumdur (polytoma). Yapışmış və plankton, tək və ya kolonial heyvanlardır. Aerob şəraitə üstünlük verirlər, ancaq anaerob qrupları da vardır (Diplomonadidae).Azərbaycanın heyvanlar aləmi. I cild. Bakı: Elm, 2002, 268 s.
Heyvan qamçılıları sinfinə 7 dəstə daxildir: Choanoflagellida Bicosoesida Rhizomastigida Kinetoplastida Hypermastigida Opalinina Polymastigina
Azərbaycanda 3 dəstənin — rhizomastigida, kinetoplastida və polymastigina dəstələrinin nümayəndələri qeydə alınmışdır.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Eukariotlar Kateqoriya:İbtidailər