Müşviq Elşən oğlu Teymurov (15 yanvar 1993-cü ildə Yevlaxda anadan olub) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Qəbələ klubunda yarımmüdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçu. O, bir müddət Azərbaycan U-19 milli futbol komandasında çıxış etmişdir.
Klub karyerası Müşviq Teymurov 1993-cü ildə Azərbaycanın Yevlax şəhərində anadan olmuşdur. O, Yexlaxın Karvan uşaq seleksiyaçı klubunda futbolla məşğul olmağa başlamışdır. 2009-cu ildə Müşviq Qəbələ Futbol Akademiyasına qəbul olunmuşdur.Müşfiq Teymurov: Bu, mənim üçün ikiqat sevindiricidi
Çempionat Mövsümlərə görə Azərbaycan çempionatında statistikası aşağıdakı kimidir:
№ Mövsüm Klub Oyun Qol Ehtiyatda 1 2010 / 2011 «Qəbələ» 0 0 1 2 2011 / 2012 «Qəbələ» 0 0 1 3 2012 / 2013 «Qəbələ» 3 0 6 4 2013 / 2014 «Qəbələ» 10 1 8 5 2014 / 2015 «Qəbələ» 0 0 0
Kubok Mövsümlərə görə Azərbaycan kubokunda statistikası aşağıdakı kimidir:
№ Mövsüm Klub Oyun Qol Ehtiyatda 1 2012 / 2013 «Qəbələ» 1 0 1 2 2013 / 2014 «Qəbələ» 2 0 1
Avrokubok Müşviq Teymurov Qəbələ klubu ilə UEFA Avropa Liqasının 2014-15 mövsümündə iştirak etmişdir.Qabala vs. Široki Brijeg 0 - 2
Uğurları 2014-cü il - Qəbələ klubu ilə 2013-14 Azərbaycan Kuboku mövsümündə finalçı olmuşdur.
Milli karyerası Müşviq Teymurov 2011-ci ildə Azərbaycan U-19 milli futbol komandasına dəvət almışdır. O, milli ilə debütünü 6 oktyabr 2011-ci ildə UEFA Avropa Çempionatının seçmə mərhələsində İsveç millisinə qarşı oyunda etmişdir. O, 90 dəqiqə meydanda mübarizə aparmışdır.Azerbaijan U19 vs. Sweden U19 1 - 0
İstinadlar
Xarici keçidlər
Tarixçə Профиль игрока на официальном сайте ФК «Габала» Mushfig Teymuron on footballdatabase.eu
Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:AZAL Bakı PFK futbolçuları Kateqoriya:Qəbələ FK futbolçuları