Cessur — Banqladeşin cənub-qərbində, Khulna vilayətində şəhər.Cessur// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V  cild. — Səhifələrin sayı:  592. — Səh.: 226. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.

Əhalisi Əhalisi 260,8 min (2010).

Coğrafiyası Bhayrab çayı sahilində yerləşir. Dəmiryol stansiyası. Aeroport.

Memarlığı Şəhər Kəlkətədən Dəkkəyə gedən yolun üstündə ticarət mərkəzi kimi inkişaf etmişdir. Politexnik institut; Cessur dairə məktəbi (1838; ölkənin qədim və ən nüfuzlu dövlət məktəblərindən biri), Racşahi Universitetinin 4 kolleci və s. var. Kütləvi kitabxana (1854; Banqladeşdə ilk kitabxanalardan biri) fəaliyyət göstərir.

Sənayesi Cessur mühüm sənaye mərkəzidir. 6 kimya zavodu (plastik kütlə istehsalı), 4 poladəritmə zavodu; toxuculuq və diyircəkli qələm istehsal edən fabriklər; yeyinti sənayesi (yağ, çəltiktəmizləyən) müəssisələri; ədva istehsalı, buz hazırlayan 2 zavod və s. fəaliyyət göstərir. Kustar istehsal – toxuculuq, bambukdan məmulatlar, tikiş, zərgərlik, dəmirçilik, dulusçuluq sənəti inkişaf etmişdir. Cessur kənd təsərrüfatı rayonunun (düyü, şəkər qamışı, xurma və s. ticarəti) ticarət-paylaşdırıcı mərkəzidir. Banqladeş Hərbi-Hava Akademiyası Cessur yaxınlığındadır.

Həmçinin bax Dəkkə

İstinadlar

Xarici keçidlər Cessur rəsmi internet səhifəsi

Kateqoriya:Banqladeş şəhərləri