Azad Azər oğlu Kərimov () — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Kəpəz klubunda müdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçu. O, bir müddət Azərbaycan U-21 milli futbol komandasında çıxış etmişdir.
Klub karyerası Azad Kərimov öz peşəkar futbolçu karyerasına 2011-ci ildə Azərbaycan Birinci Liqası təmsilçilərindən olan Lokomotiv-Biləcəri klubunda start vermişdir."Lokomotiv" (Biləcəri) 2012-ci ildə Kərimov Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Bakı klubuna transfer olmuşdur. O, əvvəlcə əvəzedicilər klubunda çıxış etsə də, 2014-cü ildə əsas komandaya dəvət almışdır.Əvəzedicilərimiz qış çempionudur
Çempionat Mövsümlər Azərbaycan çempionatında statistikası aşağıdakı kimidir: № Mövsüm Klub Oyun Qol Ehtiyatda 1 2011 / 2012 "Lokomotiv-Biləcəri" 17 0 8 2 2014 / 2015 "Bakı" 1 0 2
Kubok Mövsümlər Azərbaycan Kubokunda statistikası aşağıdakı kimidir: № Mövsüm Klub Oyun Qol Ehtiyatda 1 2011 / 2012 "Lokomotiv-Biləcəri" 1 0 1
Milli karyerası 2014-cü il avqustun 17-dən 20-dək Bakıda keçirilən Azərbaycan millisinin tədris-təlim məşqi zamanı olimpiya yığmasında iştirak etmişdir.U-21 millimizin də heyəti açıqlandı
Uğurları "Bakı" klubunun tərkibində 2012/2013 mövsümündə əvəzedicilər arasında Azərbaycanın çempionu olmuşdur.
İstinadlar
Xarici keçidlər Профиль игрока на сайте Профессиональной Футбольной Лиги Азербайджана
Tarixçə player profile on soccerpunter.com
Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Kəpəz PFK futbolçuları Kateqoriya:Bakı FK futbolçuları Kateqoriya:Azərbaycan U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Bakıda doğulanlar