Bustax () — Yakutiyanın şimalında iri termokarst məşhəlli göl. Göl Yana-İndiqirka düzənliyində, Laptevlər dənizinə yaxın ərazidə yerləşir. Göl 249 km² əraziyə sahibdir. Qərbdəm Tonkay-Göllə birləşir. Öz növbəsində isə Suruktax çayının yatağını təşkil edir. Cənub və şimal sahilləri sıldırımlıdır və güclü şəkildə parçalanmışdır.
Əsasən qar-yağış suları ilə qidalanır. Oktyabrdan iyuna kimi buzla örtülü olur. Göl balıq ehtiyatları ilə zəngindir. Gölə Arxip-Yurqe və Bustax-Dirinq-Yurqe çayları tökülür. İstinadlar
Kateqoriya:Saxa gölləri