Sirab nekropolu – Babək rayonunun eyniadlı kəndindən cənubda, orta əsrlərə aid arxeoloji abidə.

Tarixi Sahəsi təxminən 5 hektardır. Əsasən qərbdən şərqə doğru istiqamətlənmiş düzbucaqlı torpaq qəbirlərdən ibarətdir. Baş daşılarının əksəriyyəti düşmüşdür. Saxlanan baş daşlarının bəzisi yastı daş plitələrdən ibarət olub, yuxarısı tacvarı sonluqla tamamlanır. Bəzi baş daşlarının üzərində ərəb dilli yazılara rast gəlinir. Qoç formalı baş daşlarının üst hissəsində ərəb dilli yazılar var.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Babək rayonunun nekropolları