Noxud dənyeyəni -Yetkin böcəklər 4–5 mm böyüklükdə olub, bədənləri qara rəngdədir.

Quruluşu Yetkin böcəklər 4–5 mm böyüklükdə olub, bədənləri qara rəngdədir. Kürəni-boz rəngdə sıx tükcüklərlə örtülmüşdür. Bığcıqların nəhayəti xeyli yoğundur. Qanadüstlüyü qısa olduğundan qarıncığı tam örtmür. Üzərində qara-qonur və ağ ləkələr vardır. Bığcıqlar, pəncələr və ön ayaq baldırlarının əsası kürəni rəngdədir. Ön döşün yan tərəflərində tükcüklər arasında çətin seçilən iki ədəd mahmız vardır. Yumurtası sarı kəhrəba rəngdədir, nisbətcə iridir. Yaşıl paxlalar üzərində aydın saeçilir. Sürfəsi krem rəngdə olub, 5–6 mm-dir. Yoğundur, bükülmüşdür, ayaqları yoxdur, əvəzində şişkinliklər vardır. Başı kiçikdir, aydın görünür. Döş hissəsi zərif tükcüklərlə örtülmüşdür. Pupu formasına görə yetkin böcəklərə bənzəyir. Sarımtıl rəngdədir və böyüklüyü 4,5–5 mm-ə çatır.Kənd təsərrüfatı entomologiyası, S. R. Məmmədova, B. B. Xəlilov, 1986

Həyat tərzi Anbarlarda yığılmış və tarlalarda tökülüb qalmış noxud dəni içərisində böcək halında qışlayır.

Yayılması Azərbaycanın bir sıra rayonlarında (Ağdam, Ağdaş və s.) geniş yayılmışdır.

Ədəbiyyat Kənd təsərrüfatı entomologiyası, S. R. Məmmədova, B. B. Xəlilov, 1986

İstinadlar

Kateqoriya:Dənyeyən böcəklər