Naxçıvan su qovşağı — Azərbaycanın Babək rayonunda (Naxçıvan), Naxçıvançay üstündə bənd tipli hidrotexniki qurğu. Vayxır kəndi yaxınlığındadır. 1973-cü ildə istifadəyə verilmişdir. Sukeçirmə qabiliyyəti 274 m3/san-dir. Naxçıvan su qovşağından magistral kanallar çəkilmişdir. Kanallardan Uzunoba və Sirab su anbarlarına da su verilir. Naxçıvan su qovşağından 30 min hektardan çox sahənin suvarılmasında istifadə olunur.
İstinadlar
Həmçinin bax Uzunoba su anbarı Sirab su anbarı
Kateqoriya:Naxçıvan Muxtar Respublikası su anbarları Kateqoriya:1973-cü ildə Azərbaycanda yarananlar