Məsud Pezeşkian (; ) — İran siyasətçisi və həkimi. İranın 9-cu prezidenti (2024-cü ildən). İran Səhiyyə və Tibbi Təhsil naziri (2001–2005).

Həyatı və fəaliyyəti Məsud Pezeşkian 1954-cü ildə Qərbi Azərbaycan ostanının Məhabad şəhərində doğulub. "The Guardian" qəzetinə görə, onun ata tərəfdən azərbaycanlı, ana tərəfdən kürd olduğu bildirilir. BBC isə onun azərbaycanlı olduğunu qeyd edir. O, həmçinin BBC-yə verdiyi bir açıqlamasında özünün türk olduğunu və Azərbaycanda doğulduğunu bildirmişdir.

İran Parlamentinin birinci sədr müavini və İran parlamentinin onuncu dövründə Təbrizi təmsil edən nümayəndələrdən biri idi.

Təbrizdən olan millət vəkili Məsud Pezeşkian 2024-cü ildə prezident seçkisində seçki fəallığını artırmaq məqsədilə prezidentliyə namizədliyini irəli sürmüşdür.

2024 İran prezident seçkilərində iştirakı

Pezeşkian prezident seçkilərinin ikinci turunda rəqibi Səid Cəlili ilə mübarizə aparmış və qalib gəlmişdir. O, vəzifələrinin icrasına 28 iyul 2024-cü ildə başlamışdır.

Həmçinin bax Pezeşkianlar

İstinadlar

Xarici keçidlər

Kateqoriya:İran azərbaycanlısı siyasətçilər Kateqoriya:İran prezidentləri Kateqoriya:Tehran Universitetinin məzunları Kateqoriya:İran–İraq müharibəsi iştirakçıları Kateqoriya:İran siyasətçiləri Kateqoriya:İslam Şurası Məclisinin üzvləri Kateqoriya:Vəzifədə olan dövlət rəhbərləri Kateqoriya:İran nazirləri Kateqoriya:İran cərrahları Kateqoriya:İran kürdləri Kateqoriya:İran müharibəsi (2026) Kateqoriya:Səhiyyə nazirləri Kateqoriya:Urmiyalılar Kateqoriya:XX əsr həkimləri Kateqoriya:XX əsr İran şəxsləri Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:XXI əsr həkimləri Kateqoriya:XXI əsr İran siyasətçiləri Kateqoriya:Azərbaycanlı şiə müsəlmanları