İlyas Əliyev (tam adı İlyas Musa oğlu Əliyev; d. 1 iyun 1943, Cambul, Qazaxıstan – 6 iyun 2017, Bakı, Azərbaycan) — Azərbaycan Milli Aviasiya Akademiyasının sabiq rektoru, professorAzərbaycan təhsilinə ağır itki. qaynarinfo.az, 06.06.2017 .

Həyatı İlyas Əliyev 1 iyun 1943-cü ildə Qazaxıstanın Cambul vilayətində anadan olmuşdur.

1959-cu ildə orta məktəbi bitirmişdir.

1962-1971-ci illərdə SSRİ Mülki Aviasiya Nazirliyinin Riqa Mülki Aviasiya Xüsusi Məktəbində, sonra isə Odessa Ali Dənizçilik Məktəbində təhsil almışdır.

Elmi fəaliyyəti 1971-1978-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının “Fizika” İnstitutunda mühəndis qrup rəhbəri, “Kosmik tədqiqatlar elmi istehsalat birliyində” laboratoriya və şöbə müdiri vəzifələrində işləmişdir. 4 ildən çox “Təcrübə sınaq” zavodunda direktor, daha sonra üç il “Kosmik tədqiqatlar elmi istehsalat birliyinin” xüsusi konstruktor texnoloji bürosunun direktoru vəzifələrində çalışmışdır.

1985-1992-ci illərində “Kosmik tədqiqatlar elmi istehsalat birliyinin”, “Təcrübə sınaq” zavodunun direktoru, baş direktorun istehsalat işləri üzrə müavini, “Kosmik tədqiqatlar elmi istehsalat birliyində” baş mühəndis vəzifələrində işləmişdir.

1992-1996-cı illərdə Azərbaycan Milli Aviasiya Akademiyasının rektoru olmuşdur.

2000-ci ildən Elm və Təhsil Mərkəzi "Təfəkkür" Universitetində kafedra müdiri və fakültə dekanı vəzifəsində işləmişdir.

1983-cü ildə namizədilik dissertasiyasını müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsi almış, 1993-cü ildən isə fizika-riyaziyyat elmləri doktoru idi.

70-dən çox elmi məqalə, 8 ixtira və 7 patent müəllifidir.

İstinadlar

Kateqoriya:Azərbaycan Milli Aviasiya Akademiyasının rektorları Kateqoriya:Qazaxıstanda doğulanlar Kateqoriya:2017-ci ildə vəfat edənlər