Laza şəlaləsi — Qusar rayonunda yerləşən şəlalə.

Haqqında Laza şəlaləsi Qusarın Laza kəndinin adı ilə bağlıdır. Kənd Qafqaz sıra dağlarının şimal-şərqində, dəniz səviyyəsindən 4242 m hündürlükdə yerləşən Şahdağ yüksəkliyinin Şah yaylaq dağının ətəyində yerləşir. İnsanları bura ən çox cəlb edən əsasən kənddəki şəlalədir.

Şəlalədə qarlı-şaxtalı havalar 7 ay davam edir. Temperatur mənfi 30 dərəcəyədək enir. Qış fəslində kəndin dörd bir yanındakı şəlalələrin əksəriyyəti donaraq əsrarəngiz təbiət mənzərəsi yaradır. Donmuş şəlalələrdə buzadırmanma üzrə beynəlxalq və yerli əhəmiyyətli yarışlar da keçirilir. Çempionatda Türkiyə, Rusiya, Ukrayna, Azərbaycan və digər ölkələrdən idmançılar iştirak edirlər.

2024-cü ilin avqustunda baş vermiş güclü leysan yağışı şəlalənin daşmasına səbəb olmuşdur.

İstinadlar

Həmçinin bax Laza Qusar rayonu Afurca şəlaləsi Uludağ şəlaləsi Katex şəlaləsi Yardımlı şəlaləsi

Ədəbiyyat "Azərbaycan Respublikasının Geoloji İrsi" // Bakı, "Nafta-Press" nəşriyyatı, 2013

Kateqoriya:Azərbaycan şəlalələri Kateqoriya:Qusar rayonunda turizm