Begiçev adaları — Laptevlər dənizinin cənub-qərbində, Xatanqa körfəzinin girəcəyində yerləşən iki adadan ibarət olan arxipelaq. İnzibati cəhətdən Yakutiya ərazidində yerləşir. Adalar 1908-ci ildə rus dənizçisi və səyahətçisi Hikifor Akekseeviç Beqiçev tətəfindən kəşf edilmişdir və onun şərəfinədə adlandırılmışdır.

Böyük Beqiçev

Uzunluğu 61 km, eni 57 km, sahəsi 1800 km² təşkil edir. Adanın cənub qutaracağı ilə materik arasında məsafə 9 kilometrdir. Mərkəzi hissədə hündürlük 198 metrdir. Şimal-qərb və şimal-şərqdə hündürlük düzənliklər geniş sahə tutur. Ən uzun çayı İlistayadır (34 km). Uzunluğu 20 km olan cəmi 5 çayı vardır. Səthi Tundra ilə örtülmüşdür. Adada Müşk öküzü, Tülkü, Maral, sahil zonasında isə Morja rast gəlmək olar. Bəzən isə Ağ ayılar görünür.

Kiçik Beqiçev

Uzunluğu 5.2 km, eni 4 km, sahəsi 15 km² təşkil edirdi. Kiçik Beqiçev adası materikdən 25 km aralıda yerləşir. Burada kiçik göllər vardır

Mənbə Begiçev adaları

İstinadlar

Kateqoriya:Laptevlər dənizi adaları Kateqoriya:Yakutiya adaları