God of War () — Sony Computer Entertainment-a aid olan Santa Monica tərəfindən 2005-ci ildə yaradılan videooyunu. Yunan mifologiyasına söykənən və aksiya-macəra növündə olan oyun, God of War oyun seriyasından ilk oyundur.

Tənqidçilərdən və oyunçulardan olduqca müsbət rəylər alan oyun, Academy of Interactive Arts & Sciences tərəfindən verilən "İlin Oyunu" daxil bir çox mükafat qazanmışdır. God of War, IGN-nin 2007-ci ildə hazırladığı ən yaxşı 25 PlayStation 2 oyunları siyahısında 7-ci yeri tutmuşdurIGN PlayStation Team (16 mart 2007). "The Top 25 PS2 Games of All Time". IGN.com. 31 may 2012 tarixində mənbəyindən arxivləndi. Alınma tarixi: 18 mart 2007.. God of War III-ün satışa buraxılmasından qısa bir müddət əvvəl God of War, PlayStation 3 üçün 2009-cu ilin noyabr ayının 17-də, Şimali Amerikada, yenilənmiş qrafikaları ilə God of War Collection adı altında satışa çıxarılmışdırCayiazzo, Antoni (31 avqust 2009). "God of War Collection – Blu-ray Disc Compilation Available This Holiday Season!". Sony Computer Entertainment of America. 6 noyabr 2015 tarixində mənbəyidən arxivləndi. Alınma tarixi: 31 avqust 2009. 2010-cu ilin mart ayının 18-də Avropa, Avstraliya və Yaponiyada, God of War III: Ultimate Trilogy Edition adı ilə yenidən nümayiş olunmuşdur. God of War Collection və God of War III: Ultimate Trilogy Edition 2010-cu ilin aprel ayının 29-da Avstraliyada, 2010-cu ilin aprel ayının 30-da isə Böyük Britaniyada satışa çıxarılmışdır"God of War Collection Australia". 16 yanvar 2014 tarixində mənbəyindən arxivləndi. Alınma tarixi: 13 may 2010.. God of War Collection-un Birləşmiş Krallıqdan başqa, digər Avropa ölkələrində satışa çıxarılacağı haqda hər hansı bir məlumat verilməmişdir."God of War Collection". 23 avqust 2011 tarixində mənbəyindən arivləndi. Alınma tarixi: 13 may 2010.

Geympley Üçüncü-şəxsdə oyun dünyasına sabit kamera perspektivindən baxılır. Oyunçu, kombi əsaslı döyüş, platforminq və tapmaca elementləri ilə Kratos personajını idarə edir. Düşmənlər kökləri yunan mifologiyasına söykənən qulyabani əsgərlər, harpiyalar, minotavrlar, Meduza və qorqonaları, sikloplar, kabus məxluqları, dəniz pəriləri, satirlər, kentavrlar, kerberlar, əjdahalar və Pandora's Guardian () adlı bir minotavr kimi məxluqlardan ibarətdirSCE Santa Monica Studio, ed. (2005), pp. 22–27. Platforma elementləri nərdivan və divarlara dırmaşmaq, uçurumlardan tullanmaq, kəndirlərdən sallanmaq, oyunun hissələrində irəliləmək və dirəklərin üzərindən keçmək üçün tarazlığı saxlamaqdan ibarətdir. Oyunçunun adi tullanmaqla çata bilmədiyi yerlərə getmək üçün böyük qutuları endirmək kimi bəzi tapmacalar sadədir, bir qapını açmaq üçün oyunun fərqli-fərqli hissələrindən açarları tapmaq kimi tapmacalar isə mürəkkəbdir.SCE Santa Monica Studio, ed. (2005), p. 5

Oyunçu, oyun dünyasında yaşıl, göy və qırmızı rəngli sandıqlardan eynirəngli kürələr tapa bilərlər. Yaşıl rəngli kürələr oyunçunun sağlamlıq sayğacını doldurur, göy rəngli kürələr sehr sayğacını doldurur, qırmızı kürələr isə silahları və sehrləri təkmilləşdirmək üçün təcrübə balları verir. Bu ballar, oyunçuya yeni və daha güclü həmlələr etməyə imkan verir. Oyunda Rage meter ()-da var. Bu sayğac yalnız qırmızı kürələr vasitəsiylə dolur. Dolanda, Rage of the Gods () qabiliyyətinin istifadə edilməsinə icazə verilir. Qırmızı rəngli kürələr düşmənləri öldürməklə və bəzi əşyaları qırmaqla da əldə edilir. Oyunçular rəngsiz sandıqlarda Qorqona Gözləri və Simurq Lələkləri adlı əşyaları da tapa bilərlər. Gözlər və Lələklər müvafiq olaraq Sağlamlıq və Sehr sayğaclarının həcmlərini artıra bilərlər. Gözlərin və ya Lələklərin 18-də tapanda, sağlamlıq və sehr sayğaclarının həcmlərini maksimallaşdırır.SCE Santa Monica Studio, ed. (2005), p. 29

Məzmun

Sparta ordusunun komandiri olan Kratos, döyüşü uduzur. Ölmək üzrə olarkən müharibə tanrısı olan Ares ilə etdiyi razılığa görə Ares, Kratosun düşmənlərini məhv edəcək, Kratos isə Aresin xidmətinə girəcəkdi. Lakin Ares, Kratosu aldadır və Kratosun ailəsini (həyat yoldaşını və qızını) öldürməsinə səbəb olur. Buna görə Kratos, Aresə xidmət etməkdən imtina edir. Bu hadisədən sonra Kratos, kabuslarından xilas olacağı vədləri ilə Olimp tanrılarına 10 il xidmət edir. Ares bacısı olan Afinanın şəhərinə müharibə elan edir. Afinanın rəhbərlik etdiyi Kratos, Aresdən intiqam almaq üçün Afinada bir kahindən Aresi yalnız Pandoranın Qutusu ilə məhv edə biləcəyini öyrənir. Bu səbəbdən Kratos, Pandoranın məbədinə gedir və qutunu tapır. Lakin bunu eşidən Ares, Kratosu öldürür və qutunu ələ keçirir. Kratos, cəhənnəmə getsə də buradan xilas olub təkrar yer üzünə çıxır. Pandoranın Qutusu-nu Aresdən geri alan Kratos, qutunun təsiriylə Ares ilə döyüşəcək gücə sahib olur. Döyüş əsnasında Ares, Kratosun Blades of Chaos () adlı silahını alır və onun əvvəldən çəkdiyi ağrıları yenidən yaşamasına səbəb olur. Lakin Kratos, Blade of the Gods () adlı silahı tapır və Aresi öldürür. Aresin ölümdən sonra Afina, Kratosun günahlarının əfv ediləcəyini, lakin gördüyü kabuslar haqqında hər hansı bir şey edə bilməyəcəklərini deyir. Bunu eşidən Kratos, ağrılarını sakitləşdirmək üçün özünü yüksək bir dağdan Egey dənizinə ataraq intihar edir. Lakin Kratos bir tanrını öldürdüyü üçün o tanrının yerini alır. Bu görə tanrılar onu dənizdən geri çıxarır, ölməsinə icazə vermir və Kratosu, yeni müharibə tanrısı olaraq Olimp dağına gətirirlər.

Personajlar

God of War oyunundakı personajların siyahısı: Kratos () — God of War oyun seriyasının baş qəhrəmanıIshaan (January 4, 2011). "God of War Character Concept Art: Kratos Before And After" . Siliconera. Curse, Inc. Alınma tarixi: 17 mart, 2016. Personaj, öz canını qurtarmaq üçün Olimp tanrısı Aresə xidmət etmək məcburiyyətində qalmış hakimiyyət hərisi olan bir Spartalı döyüşçüdür. Qanlı bir həyəcan əsnasında, Kratos istəmədən həyat yoldaşını və qızını öldürdü. Kratos, Aresi buraxaraq, (Furies tərəfindən həbsi edilməsi daxil) əzablı ruh halına gəldi və kabuslardan azad olmaq ümidiylə on il ərzində tanrılara xidmət etmişdir. Kratos nəticədə Aresi öldürdü və Müharibə Tanrısı oldu, ancaq atası Zevs ona xəyanət etdi. Bir sıra Tanrıların və Divlərin təsirindən xilas olma cəhdləri, Tanrının ölümünə və Olimp Tanrılarının ağalığına son verən Zevs ilə son bir qarşıdurmaya çevrilərək nəticələndi. Ardından Afina ortaya çıxmış və Kratosu dünyadakı ən yüksək tanrı tərəfindən olma yolunda özünü fəda etmişdir. İllər və ölümcül fədakarlığından sonra xilas sonra, Kratos Atreus adlı oğlu ilə Skandinaviya tanrılarının dünyasında yaşayırVaranini, Giancario (March 5, 2010). "Franchise Player: God of War III" . GameSpot. CBS Interactive. Alınma tarixi: 17 mart, 2016. Personaj ilk olaraq Terrens Konnor Karson tərəfindən səsləndirildi, personajın son təsviri God of War Ascension-da (2013) olduVoices of God of War II. Santa Monica Studio. 2007.God of War III: Voice Acting. Santa Monica Studio. 2010.. Xristofer Cuc Terrens Konnor Karsonun yerini gələcəkdə satışa buraxılacaq olan yeni God of War oyununda dəyişdirdiŞuman, Sid; Barlog, Cory; Judge, Christopher (İyun 14, 2016). God of War - E3 2016 LiveCast  (YouTube-da izlə). 0:20: PlayStation.Blog, Sony Interactive Entertainment. Sid Şuman: Xristofer Cuc,siz kimsiz? Xristofer Cuc: Kratos rolunda oynayacağım üçün bəxtəvərəm.. Alınma tarixi: 15 iyun, 2016. Antoni Del Riyo, personajı Ghost of Sparta (2010) oyunuda səsləndirdi.Ready at Dawn. God of War: Ghost of Sparta. Sony Computer Entertainment. Səhnə: Başlıq titrləri. Afina (, ) — God of War oyun seriyasının bütün oyunlarında və yunan mifologiyasında qədim hərb və zəfər, eləcə də müdriklik, bilik, incəsənət və sənətkarlıq ilahəsi. Chains of Olympus-da Afina ilk olaraq Kratosu işığın yoxluğunda olduğu kimi Heliosu tapmağa vəzifələndirdi, tanrı Morfeus tanrıların çoxunun dərin bir yuxudan keçməsinə səbəb olmuşduReady at Dawn. God of War: Chains of Olympus. PlayStation Portable. Sony Computer Entertainment.. God of War-da, Kratosa Aresi öldürmə missiyasını verdi, çünki Zevs ilahi iştirakı qadağan etmişdi və Kratosun yəni müharibə olmasına icazə verirdiSuliç, İvan (18 mart, 2005). "God of War". IGN. Ziff Davis Media. 22 noyabr, 2012 tarixində mənbəyindən arxivləndi. Alınma tarixi: 15 iyun, 2012.. Afina, Zevsi qorumağa çalışarkən həyatını itirmişdir. Lakin God of War III-də dirilmişdir. Gizli motivləri ilə Afina yenə Kratosun müttəfiqi olmuş və Kratosun Zevsi öldürüb Olimpin hakimiyyətinə son qoymasına kömək etmişdir.Hilliyard, Kayl (19 aprel, 2012). "Kratos' Complete Olympian Hit List" . Game Informer. GameStop. Alınma tarixi: 17 mart, 2016.Mahalo Video Games. . Mahalo.com. 9 avqust, 2013 mənbəyindən arxivlənmişdir. Alınma tarixi: 19 noyabr, 2012. Personaj ilk olaraq Karoli Ruqqiyer tərəfindən God of War və God of War II oyunlarında səsləndirildi. Erin Torpey, Chains of Olympus-dakı Afina rolunu boynuna götürdü. Erin Torpey God of War III və Ghost of Sparta oyunlarında Afina personajını səsləndirməyə davam etmişdir. Ares () — God of War oyun seriyasında keçmiş müharibə tanrısı və God of War oyunundakı əsas antaqonist.Dunham, Ceremi (19 fevral, 2004). "SCEA Santa Monica Gamers' Day: Sony Announces God of War". IGN. Ziff Davis Media. 22 noyabr, 2012 tarixində mənbəyindən arxivləndi. Alınma tarixi: 15 iyun, 2012.Reparaz, Mikel (14 mart, 2013). "Mangled myths: How God of War's mythology stacks up - Page 2" . GamesRadar. Future plc. Alınma tarixi: 17 mart, 2016. Poseydon (, ) — God of War oyun seriyasında keçmiş dəniz tanrısı. Afrodita (, ) — God of War oyun seriyasında və yunan mifologiyasında eşq, gözəllik və əyləncə ilahəsi. Afrodita, God of War-da Kratos tərəfindən öldürülən Qorqona Meduzanın başını gücləndirərək və onu Kratosa sehrli bir silah olaraq verərək Kratosa kömək etmişdirSanta Monica Studio. God of War. Sony Computer Entertainment. “Aphrodite: Medusa, Qorqonaların Kraliçası və ilki. Mənə başını gətir Kratos, sənə gücünü istifadə etmək qabiliyyətini verəcəyəm.”. God of War III-də, memar Dayedalus ilə əlaqədar tövsiyələr vermişdir. Kratosu şirnikləşdirən Afrodita, onu ayrı yaşadığı həyat yoldaşına istiqamətləndirmişdir. Afrodita Kratosun öldürmədiyi tək tanrıdırMahalo Video Games. "God of War 3 Walkthrough". Mahalo.com. 9 avqust 2013 tarixində mənbəyindən arxivləndi. Alınma tarixi: 19 noyabr, 2012.. God of War-da Karol RuqqiyerSanta Monica Studio, ed. (2005), səhifə 32–35, God of War III-də isə April Stivart tərəfindən səsləndirilmişdir.. MobyGames. GameFly. 9 avqust, 2013 tarixində mənbəyindən arxivləndi. Alınma tarixi: 9 iyun, 2012. Zevs (, ) — God of War oyun seriyasında və yunan mifologiyasında tanrı Kronos və Reyanın oğlu, baş olimp tanrısı, ildırımın və şimşəyin yaradıcısı, səmanın, bütün dünyanın tanrısı və God of War II və God of War III oyunlarındakı əsas antaqonist.Reparaz, Mikel (14 mart, 2013). "Mangled myths: How God of War's mythology stacks up - Page 18" . GamesRadar. Future plc. Alınma tarixi: 17 mart, 2016. Artemida () — God of War oyun seriyasında və yunan mifologiyasında ay, ov və vəhşi təbiət ilahəsi, Zevsin Letodan olan qızı, Apollonun bacısı, heyvanların, bitkilərin və uşaqların himayəçisi. God of War-da, bir Divi öldürmək üçün də istifadə etdiyi Blade of Artemis ()-ı verərək Kratosu Pandoranın Məbədində dəstəklədi. God of War III-də görünmürdü, bu da onun taleyini naməlum buraxdı. Personaj God of War oyununda Klaudiya Blek tərəfindən səsləndirildi. Bunlardan başqa Afinanın Kahini, Qəbirqazan, adam yandıran və qayıq kapitanı kimi əhəmiyyətsiz personajlarda var. Kratosun həyat yoldaşı Lizandra, qızı Kalliyope, Barbar Kral və Kənd Kahini kimi yalnız xatirələrdə görülə bilən personajlarda mövcuddur. Oyun Linda Hant tərəfindən rəvayət edilir."God of War – Credits" . Allgame. Rovi Corporation. Alınma tarixi: 9 iyul, 2012.thumb|260x260px|Athens Town Square hissəsi başlamazdan əvvəl Kratos pilləkəndən qalxır. Oyun Prosesi

Silahlar, Sehrlər və Reliktlər Kratosun God of War oyununda istifadə etdiyi silahların siyahısı:godofwar.wikia.com saytında Kratosun istifadə etdiyi avadanlıqlar haqqında məqalə