Şimali Qafqaz gümüşçəsi () — gümüşçə cinsinin nümayəndəsi.

Yayılması Abşeron yarımadasından şimaldakı çaylarda — Ata, Vəlvələ, Qusar, Xuray, Nügədi, Tel, Samur çaylarında rast gəlinir. Azərbaycandan kənarda Qamış-Samar göllərində, Uralın deltasında, Kuma, Terek, Sulak və Rubas çayları hövzələrində yaşayır.

Morfoloji əlamətləri Bel üzgəcində 7-8,anal üzgəcində 14-17 şüa var. Yan xətt pulcuqlarının sayı 42-46-dır. Bədəni azacıq hündürdür, yanlardan basıqdır. Pulcuqları nisbətən iridir, tez töküləndir. Başı kiçik, gözləri iridir. Ağzı başın ucundadır, yuxarıya açılır. Uzunluğu 11,5 sm-ə çatır, 2 ilə qədər yaşayır. Yan xəttində bir sıra nöqtələr vardır. Qəlsəmə dişçiklərinin sayı çoxdur.

Yaşayış yeri və həyat tərzi Qafqaz gümüşcəsi şirinsu balığıdır. İti axan çaylarda yaşayır.

Çoxalması Biologiyası öyrənilməmişdir.

Təsərrüfat əhəmiyyəti Təsərrüfat əhəmiyyəti yoxdur.

İstinadlar

Həmçinin bax

Kateqoriya:İntervikisiz biologiya məqalələri Kateqoriya:Balıqlar Kateqoriya:Çəkilər Kateqoriya:Xordalılar