Nəticəçıxarma maşını ( ~ ru. машина вывода ~ tr. sonuç çıkarma motoru) – süni intellekt sahəsində: ekspert sistemlərinin işində tətbiq edilən proseslərdən biri. Nəticə maşını ekspertiza sahəsindəki məlum faktları və qaydaları özündə saxlayır; sonradan ekspert sisteminin əsaslandığı nəticələri almaq üçün daxil edilən informasiya onun (nəticə maşınının) köməyilə bu faktlar və qaydalarla tutuşdurulur.
Ədəbiyyat İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Xarici keçidlər http://www.csit.narod.ru/subject/mopz/mopz_book.pdf
Kateqoriya:İnformatika Kateqoriya:Kompüter Kateqoriya:Nəticəçıxarma Kateqoriya:Bilik