Qoşqar Sarıyev (tam adı: Sarıyev Qoşqar Nadim oğlu; d. 1980 – ö. 30 may 2017, Qazax, Azərbaycan) — Azərbaycanlı futbolçu, karyerası boyu yalnız "Göyəzən"də çıxış etmiş, bu komandanın kapitanı olmuşdurAzərbaycanda futbolçunun faciəvi taleyi - 37 YAŞINDA VƏFAT ETDİ . aktual.az, 31.05.2017 .

Karyerası Qoşqar Sarıyev uzun illər "Göyəzən" futbol klubunda çıxış etmiş və komandanın kapitanı olmuşdur. Uzun illər bu komandanın heyətində I divizionla yanaşı, Premyer Liqa yarışlarında da oynamışdırQazaxın “Göyəzən” klubunun sabiq futbolçusu Qoşqar Sarıyev vəfat edib . kepeztv.az, 31.05.2017 . Hətta bir dəfə "Qəbələ"yə baxışa çağırmış; amma getməmiş, komandasına sadiq qalmışdır.

Səhhəti ilə əlaqədar futbolu tərk etmişdir.

Həyatının son illəri Futbolu tərk edəndən sonra yaşadığı Qazax rayonunun Xanlıqlar kəndində mağazada satıcılıq etmiş; doğma kəndində qablaşdırılan bulaq sularının satışı ilə məşğul olan mağazada işləmişdir.

Vəfatı Qoşqar Sarıyev 30 may 2017-ci ildə – 37 yaşında ikən vəfat etmişdir. Belə ki, ürək xəstəliyindən əziyyət çəkən Sarıyevin səhhəti mayın 30-da kəskin pisləşmiş; o, Qazax Müalicə Diaqnostika Mərkəzinə aparılarkən yolda vəfat etmişdirAzərbaycanda futbolçunun faciəvi taleyi - 37 YAŞINDA VƏFAT ETDİ . lent.az, 31.05.2017 .

Ailəsi Ailəli olub, 2 övladı var. Onun həyat yoldaşı tibb bacısı işləyir.

İstinadlar

Kateqoriya:Azərbaycanlı futbolçular Kateqoriya:Qazax rayonunda vəfat edənlər Kateqoriya:Qazax rayonunda dəfn olunanlar Kateqoriya:Azərbaycanın kişi futbolçuları