Mezolit — monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.
Xassələri Rəng – rəngsiz, ağ, boz, sarımtıl, cəhrayı, yaxud qırmızı; Mineralın cizgisinin rəngi – ağ; Şəffaflıq – şüşə, lifli aqreqatlarda–ipəyi; Parıltı – şəffafdan yarımşəffafadək; Sıxlıq – 2,2-2,4; Sərtlik – 5; Kövrəkdir; Ayrılma – {110} üzrə mükəmməl; Sınıqlar – qabıqvari: Morfologiya – kristallar: prizmatik, iynəvari; İkiləşmə: həmişə {100} üzrə müşahidə edilir; Mineral aqreqatları: radial-şüalı, incəlifli, sıx və torpaqvari kütlələr, sferolitlər, druzalar.
Mənşəyi və yayılmas Çox vaxt effuziv süxurların–bazaltların və andezitlərin boşluqlarında qeyd edilir və adətən mezolit-skoletsit zonasında toplanır. Bəzi fonolitlərdə jeodalar şəklində rast gəlir. Siyenitlərdə, manqan və barium mineralları ilə sıx assosiasiyada – hidrotermal damarlarda tapılmışdır. Birlikdə rast gəldiyi minerallar: skoletsit, stilbit, geylandit, tomsonit, lomontit, analsim. Mineralın tapıldığı yerlər: Rusiya, Çexiya, Almaniya, Şotlandiya, İrlandiya, ABŞ, Kanada, Hindistan, Avstraliyada çoxsaylı yerlər. Azərbaycanda mezolitin tapıntıları Naxçıvan MR-nın, Dağlıq Talışın, Kiçik Qafqazın Ağcakənd və Qazax çökəkliklərinin, Gədəbəy, Göy-Göl, Goranboy və Laçın rayonlarının bəzi məntəqələrində qeyd edilmişdir.
İstinadlar
Mənbə Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.
Xarici keçidlər
THE MINERAL MESOLITE
Kateqoriya:Seolitlər Kateqoriya:Natriumun mineralları Kateqoriya:Kalsiumun mineralları Kateqoriya:Alüminiumun mineralları Kateqoriya:Rombik sinqoniya mineralları