Maqnezioferrit — kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.
Xassələri Rəng – qəhvəyi, qara; Mineralın cizgisinin rəngi – bozumtul-qaradan tünd qırmızıyadək; Parıltı – güclü metallik; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 4,6-4,7; Sərtlik – 6-6,5; Başqa xassələr – maqnit xassəlidir; Morfologiya – kristallar: oktaedrik; Mineral aqreqatları: dənəvər.
Mənşəyi və yayılması Lavalarda, fumarolların fəaliyyəti ilə əlaqədar olan çöküntülərdə və skarnlarda az miqdarda müşahidə edilir. Birlikdə rast gəldiyi minerallar: hematit, kvars və b. Mineralın tapıldığı yerlər: Vezuvi və Etna (Siciliya ad.), Stromboli və Vulkano (Lipar adaları) vulkanları; Taymırda Quli, Sibirdə Anqara-İlim rayonu (Rusiya). Azərbaycanda maqnezioferritə Daşkəsən rayonunda eyni adlı filiz yatağında rast gəlinir.
İstinadlar
Mənbə Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.
Xarici keçidlər
Magnesioferrite
Kateqoriya:Oksidlər (minerallar) Kateqoriya:Dəmirin (III) mineralları Kateqoriya:Maqneziumun mineralları Kateqoriya:Kubik sinqoniya mineralları