Açar kadr (keyframe,ключевой кадр, anahtar kare) — rəqəmsal videofilm faylında: tam görüntüdən ibarət olan və sıxılması yalnız kadrın içindəki artıq informasiyanın uzaqlaşdırılması yolu ilə həyata keçirilən kadr. Animasiya və ya hərəkət effektlərində: atributun dəyişilməsi zamanı onun yeni durumunu (məsələn, lazım olan hərəkət trayektoriyasının başlanğıcını və ya sonunu, materialın dəyişməsini və s.) qeydə almaq üçün yaradılan kadr.
Ədəbiyyat İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı,467s.
Xarici keçidlər http://video-sam.ru/keyframe.html Kateqoriya:Kompüter qrafikası Kateqoriya:Film və video terminləri