Publi Kanidi Krass — (qədim yun. - "Πουβλιος Κανιδι Κρασσος") Roma sərkərdəsi (e.ə. I əsr), konsul (e.ə. 40-cı il). E.ə. 36–34 illərdə Roma qoşunlarının Cənubi Qafqaza hücumuna başçılıq etmişdi. Dion Kassinin yazdığına görə, iberləri məğlub etdikdən sonra onlarla ittifaq bağlayıb Qafqaz Albaniyasına soxulmuşdu. E.ə. 36-cı ilin sonunda baş vermiş döyüşdə Zoberin başçılıq etdiyi alban qoşunu məğlub oldu. Zober Romanın vassallığını qəbul etdi. E.ə. 30-cu ildə Oktavian Avqustun Mark Antoni ilə olan döyüşündə öldürülmüşdür. Krass Krass Kateqoriya:Qədim Roma sərkərdələri
Kaynak ve lisans
Kaynak: Wikipedia — Publi Kanidi Krass · katkı geçmişi.
Metin: CC BY-SA 4.0.
Metin düzenlemesi hakkında
Viki işaretlemesi ve şablonlar çıkarıldı; uzun metinler kısaltıldı.