Azçiçәk şirәli () — Kuntze Hündürlüyü (10) 15-30 (40) sm, gövdəsi nazik, tinli, düz və ya yuxarı qalxan, bəzən qismən çoxsaylı, yumşaq qısa tüklü, nazik, sürünən, şaxəli kökümsovu olan çoxillik ot bitkisidir. Yalançı zoğları iridir, saplaqdan uzundur, yumurtaşəıkilli və ya yumurtaşəkilli-neştərvaridir, sivriləşmişdir, üçkünc qulaqlıdır.Eldar Şükürov. İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı, Bakı 2016
Yarpaq Yarpaqlar bir cüt yarpaqcıqlardan ibarətdir; yarpaqcıqlar düzgün elliptik, qaidə və uc hissəsinə doğru daralmış, sivridir, adətən qısa sivri uculudur, 5-7 ədəd qövsşəkilli damarı vardır, uzunluğu 20–40 mm, eni 7-15 (20) mmdir.
Çiçək Çiçək oxu 2-5 ədəd çiçəkli olub, yarpaqlara bərabər və ya ondan uzundur. Tac bənövşəyi-göyümtül rəngdədir, uzunluğu 15–20 mm-dir.
Meyvə Paxlalar xətlidir, uzunluğu 2,5-3 sm-dir, uzun tüklüdür.
Çiçəkləməsi (Aprel) May-İyun
Meyvə verməsi İyun-İyul
Azərbaycanda yayılması BQ (Quba), BQ şərq, BQ qərb, KQ mərkəzi, Lənk. dağ. Aşağı və orta dağ qurşağında. (1700 m d.s.y.)
Yaşayış mühiti Meşələrdə və kolluqlarda rast gəlinir. Yamacları torpaq erroziyasından qoruyur.
İstinadlar
Həmçinin bax
Kateqoriya:İntervikisiz biologiya məqalələri Kateqoriya:Güllücə Kateqoriya:Asiya florası Kateqoriya:Türkiyə florası