Komediya və ya məzhəkəhttps://www.azleks.az/online-dictionary/m%C9%99zh%C9%99k%C9%99?s=my məzhəkə. Komediya. Ərəstu faciəni məzhəkədən ayırmaq istəmişdir. (Ə. Sultanlı). — dramatik və ədəbi növ, həmçinin kinojanr, məcazi mənada – gülməli əhvalat, hoqqabazlıq, oyunbazlıq və s.

İctimai həyatda və məişətdəki eybəcərliklərin, mənfiliklərin, insan xarakterindəki gülünc cəhətlərin lağa qoyulması komediya konfliktinin əsasını təşkil edir. Komediyada gülüş, yumor və satira xarakteri daşıya bilər. Vodevil, fars (ədəbi janr), musiqili komediya, tragikomediya və s. janrları var. Komediya sənətinin mənşəyi Qədim Yunanıstanda Dionisin şərəfinə keçirilən xalq şənliklərindən və tamaşalarından başlanır. Klassik komediyanın ən yaxşı nümunələrini Aristofan, Menandr, Vilyam Şekspir, Lope de Veqa, Jan Batist Molyer, Pyer Bomarşe, K. Qoldoni, Bernard Şou, Aleksandr Qriboyedov, Nikolay Qoqol, Aleksandr Ostrovski, Anton Çexov və başqaları yaratmışlar. Azərbaycan ədəbiyyatında Mirzə Fətəli Axundovun adı ilə bağlı olan komediyanı Nəcəf bəy Vəzirov, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov, Sabit Rəhman, Mirzə İbrahimov və başqaları inkişaf etdirmişlər.

İstinadlar

Ədəbiyyat Adil Əsədov. Faciə və gülüş kontrastı fəlsəfi kontekstdə mövzusu ətrafında ötən əsrlərdən üzübəri davam edən virtual mükalimə // Adil Əsədov. Fəlsəfi pentalogiya: Birinci bölüm - Gözəlliyin fəlsəfəsi. Kitab 1. Bakı, Elm, 2024. s.456-464

Adil Əsədov. Mahiyyətin gerçəkləşdirilməsinə hazırsızlığın incəsənət zəminli təqdimatları: Gülüş və faciə bədii yaradıcılıq kontekstində // Adil Əsədov. Fəlsəfi pentalogiya: Birinci bölüm - Gözəlliyin fəlsəfəsi. Kitab 2. Bakı, Elm, 2024. s.460-477

Kateqoriya:Dramatik növün janrları

Kateqoriya:Yumor Kateqoriya:Yunan ixtiraları Kateqoriya:Dramlar Kateqoriya:Teatr janrları