Yossi Kohen (; ) — İsrail dövlətinin təhlükəsizlik xidməti olan Mossadın 12-ci direktorudur.
Həyatı Yossi Kohen 1961-ci ildə Qüds şəhərində anadan olmuş, Katamon məhəlləsində böyümüşdür. Atası Leo İsrail dövlətinin qurulmasından əvvəl bu dövlətin yaranması uğrunda mübarizə aparan İrqun təşkilatının üzvü olmuşdur.
İngilis, fransız, ərəb dillərində də sərbəst danışa bilən Kohen 1982-ci ildən etibarən Mossad üzvüdür. 30-dan çox əməliyyatda birbaşa iştirak edib və buna görə İsrail Müdafiə mükafatını almışdır.
Həmçinin bax Mossad
İstinadlar
Kateqoriya:Mossad şəxsləri