Maparax — Ordubad rayonu ərazisində dağ (hünd. 1105,9 m).  Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ  qolunun cənub istiqamətli Gəvək şaxəsinin qərb yamacında,  Qaradərə çayının aşağı axınında, onun sol sahilində zirvə. Dizə kəndindən 3 km şimal-şərqdədir. Alt Eosenin İpr mərtəbəsinin orta hissəsinə aid Gilançay lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş, qərb və cənub yamacları  sıldırımlı yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının  Paradaş seqmentinin cənub-qərb cinahına aid Qarakəmər sinklinalının geniş cənub-qərb qanadında yerləşir.

Həmçinin bax Quşdaş dağı Qoşundaş dağı Qurddağ

İstinadlar

Kateqoriya:Ordubad rayonunun dağları