() — aləminin şöbəsinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid göbələk növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" – CR B2b(ii, iii). Nadir növdür.
Qısa morfoloji təsviri Göbələyin meyvə cismi torpaqda inkişaf edir. Meyvə cismi iridir, hündürlüyü 24 sm-ə çata bilər. Papaqcıq sarımtıl-boz, enli yumurtavari və ya oval, 8 sm-dək hündür, 10 sm-dək endə olur. Səthi iri, dərin oyuqlara malik, kənarları ayaqcığa qovuşandır. Ayaqcıq sarımtıl-ağ, təpəcikli, uzununa düz olmayan şırımlı, 15 sm hündürlükdə, orta hissəsi 4-6 sm qalınlığında, əsasa getdikcə enlənərək 8 sm qalınlığında olur. Şərti yeməli göbələklərdəndir.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Humus saprotrofudur. Palıd, vələs qarışıq meşələrdə aprel –may aylarında əmələ gəlir. Populyasiyada fərdlər 1-2 ədəd olur.
Yayılması Şabran rayonu, Qalaaltı meşəsidir.
Sayı və tendensiyası İtmə təhlükəsialtında olan yeganə lokaliteti mövcuddur, Populyasiyanın sayı sürətlə azalır.
Məhdudlaşdırıcı amillər Naməlumdur, güman edilir ki, iqlim şəraitinə çox tələbkardır.
Mühafizə tədbirləri Populyasiyanın vəziyyətinə nəzarətə vacibdir. Yeni bitmə yerlərinin aşkarlanması və mitseli kulturasının saxlanılması məqsədəuyğundur.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Kisəli göbələklər