() — aləminin şöbəsinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid göbələk növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir növdür.
Qısa morfoloji təsviri Meyvə cismi torpaqda inkişaf edir. Cavan meyvə cismi yumurtavari, ağ örtüyə malikdir. Yetişdikdə yuxarı hissədə partlayır və papaqcıq xaricə çıxaraq böyüyür. Papaqcıq 10-15 sm diametrindədir, sıx, lətlidir, yarımdairəvi, sonradan bir qədər qabarıq, alov və ya çəhrayımtıl-qırmızı rənglidir, səthində tez qopan ağ, iri ziyilləri vardır, kənarları zolaqlıdır. Lövhələri sıx, oxralı sarı, quruyanda solğunlaşandır. Ayaqcıq 8-15 x 1.5-2 sm, oxralı-sarı, silindirik, əsası şişkindir, volva ağ, torbaya bənzərdir, ağ rəngli, sərbəst, kənarı dilimlidir. Ayaqcıqda olan halqa enli, sallanmış, üstü hamar, altı zolaqlı, sarımtıldır. Yeməlidir.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Simbiotrofdur, Quercus və Carpinus cinslərinin növləri ilə mikoriza əmələ gətirir. Oktyabr –noyabr aylarında palıd-vələsli meşələrdə rast gəlinir.
Yayılması Hirkan meşələrində, Lənkəran, Astara ərazisidir.
Sayı və tendensiyası Populyasiyasıyanın sayı azdır.
Məhdudlaşdırıcı amillər İqlim şəraitinə və torpağınkimyəvi tərkibinə yüksək seçici tələbkarlıqdır.
Mühafizə tədbirləri Mühafizəsi üçün xüsusi tədbirlər aparılmır. Populyasiyanın vəziyyəti nəzarət altında saxlanmalıdır. Göbələyin biologiyası və ekologiyasının ətraflı öyrənilməsi məqsədəuyğundur.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Yeməli göbələklər