Elmi adı — lat. Reaumuria persica (Boiss.) Boiss. Yulğunkimilər (Tamaricaceae) fəsiləsinə aid bitki növüdür.
IUNC Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına adiddir- NT. Azərbaycanın nadir növüdür.Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013
Qısa morfoloji təhlili İran keçialaçı hündürlüyü 15–30 sm-ə qədər olan yarım koldur. Gövdəsi oduncaqlı əsasından çıxır. Gövdə düzdür, sıx yarpaqlı və budaqlanan deyil, Yarpaqlarının uzunluğu 1 sm, eni təxminən 1 mm, ətli, silindrik, oturaqdir. Yarpaqların qoltuqlarında qısa budaqları oturaq yarpaqların dəstələri ilə yerləşir. Çiçək altlıqları çox cərgəli, kirəmitvari, yuxarı hissəsi xətvarı, bizvarı, ucu iti, aşağı hissəsi enli, kasacığa möhkəm bitişmişdir. Kasacığı ətli, dərin qanadlı, uzunluğu 6–8 mm-dir. Ləçəkləri açıq çəhrayı və ya qırmızı, uzunluğu təxminən 1 sm, eni 3 mm, kasacıqdan bir az artıq, iki uzunsov, xırda dişli, uzunluğu 3–4 mm olan çıxıntılıdır. Erkəkcikləri çoxdur, saplaqlarla 5 dəstəyə yığılmışdır. Yumurtalığı ellipsvarı, uzunluğu 4 mm-dir. Sütuncuqları 5 ədəddir. Qutucuğu yumurtavarı və ya uzunsov, lansetvarı, kasacıqdan 3 dəfə uzundur. Toxumları yumru, qonur, uzun tükcüklərlə sıx örtülmüşdür.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri İran keçialaçının çiçəkləməsi iyun-iyul, meyvəverməsi isə avqust-sentyabr aylarına təsadüf edir. Quru-gilli, daşlı və bəzən də şoranlaşmış yamaclarda rast gəlinir. Dərman bitkisidir.
Yayılması Naxçıvan düzənliyi və dağlıq hissəsi, Xızı rayonunda (Altı-ağacda) təbii halda yayılmışdır.
Sayı və tendensiyası Populyasiyanın təbii bərpası azalır, təhlükə altına düşə bilən növdür.
Məhdudlaşdırıcı amillər Növün yayılmasının məhdudlaşdıran bir neçə amil mövcuddur. Əsas faktorlar antropogen amillər (əhali tərəfindən dərman bitkisi kimi toplanması) və populyasiyasının zəif təkrarlanmasıdır.
Mühafizə tədbirləri Mühafizəsi üçün xüsusi tədbirlər aparılmır, yayılma yerlərində antropogen təsirləri azaltmaq məqsədilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi təklif olunur.
İstinadlar
Kateqoriya:Azərbaycan faunası Kateqoriya:Yulğunkimilər