() — aləminin dəstəsinin fəsiləsinin cinsinin növünə aid bitki yarımnövü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu Populyasiya "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın endemik növüdür. Regional IUCN Statusu — NT.

Qısa morfoloji təsviri Çoxillik ot bitkisidir. Gövdələri 5–6,5 sm hündürlükdədir. Alt[yarpaqlar saplaqlı, enli-yumurtavari, dişicikli, 11 sm uzunluqda, 3,5 sm enində, gövdə yarpaqları üst yarpaqlara oxşayır, üst tərəfdə yaşıl, alt tərəfdə ağımtıldır, ulduzabənzər tükcüklərlə örtülmüşdür. Üst yarpaqlar tamkənarlıdır. Dəstəciklər 2–3, 6–8 çiçəklidir; çiçəkaltlıqları 7–8 mm uzunluqdadır, bizvari, 3 və 8 mm uzunluqda olan dişciklidir. Tac çəhrayı, üst tərəfdən kəsilmiş dodaqlı, aşağı tərəfdə enli-yumurtavari, qısa-lansetvari yan-dilimlidir.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə-meyvəəmələgətirmə dövrü iyul ayına təsadüf edir. Orta dağ qurşağında rast gəlinir.

Yayılması Lənkəranın dağlıq hissəsidir (Lerik rayonu).

Sayı və tendensiyası Yeganə lokaliteti müşahidə olunur. Populyasiya azalma tendensiyasına meyillidir.

Məhdudlaşdırıcı amillər Antropogen təsirlər (otarılma və tapdalanma) və iqlimdir.

Mühafizə tədbirləri Populyasiyanın strukturunun öyrənilməsi və yayılma ərazilərində mühafizə tədbirlərinin həyata keçirilməsi vacibdir.

Sinonimləri

Homotipik sinonimləri

İstinadlar

Həmçinin bax