Yetkinlik həytının bacarıqları 2016-cı ildə "Kreativ İngiltərə" şirkəti tərəfindən maliyyələşdirilmiş Böyük Britaniya komediya filmi. Filmin ssenari müəllifi olan Reyçel Tannardın bu ilk işidir. Həmçinin film 2014-cü ildə London Film Festivalında nümayiş edilmişdir. Film 29 yaşlı gənc xanımın həyatından bəhs edir. Anna, (Codi Uittaker — tərəfindən canlandırılmışdır) əkiz qardaşının ölümündən sonra anasının çardağında yaşamağa başlamış və buranı tərk etməkdən təkidlə imtina edir.
Film 2016-cı ilin aprel ayında Tribeka Film Festivalında nümayiş edilmiş və ən yaxşı qadın rejissor adına görə top mükafatlardan biri olan Nora Efron mükafatını qazanmışdır. Film Böyük Britaniya kinoteatrlarında 24 iyun 2016-cı il tarixində nümayiş edilmişdir
Məzmun
Anna sıxışmış vəziyyətdədir. O, 30 yaşına yaxınlaşır anasının bağında yerləşən çardaqda özünə qapannmış bir həyat tərzi sürür və sufrajistlərin bu zamana qədər niyə narahat edildiklərinin səbəbini bilmək istəyirdi. O, günlərini barmaqlarını aktyor kimi canlandıraraq videolar çəkməklə keçirir. Barmaqlar Yoqi ayının nihilist olub-olmaması ilə bağlı bir-birləri ilə münaqişə edirlər. Amma Anna hazırladığı bu videoları heç kimlə paylaşmır və heç kim bunların nə üçün hazırlandığını bilmir. Doğum günündən 1 həftə öncə isə anası onu bərk tənbeh edir — o çardaqdan çıxıb normal həyata qayıtmalı, saçlarını elə üslubda kəsməlidir ki, yetkin xanıma oxşasın və evsiz yeniyetmələr kimi geyinməyi dəyandırmalıdır. Təbii olaraq Anna cavab olaraq anasına "şəxsi həyatımdan geri çəkil!" dedi. Amma məktəb yoldaşı onu ziyarət edərkən Annanın öz-özünü təcrid etmə davranışları dözülməz həddə gəlib çatır. Tezliklə o 8 yaşlı, sıxıntılı, vestern abu-havasında olan oğlan uşağı tərəfindən dolaşıq vəziyyətə salınır.
Rollarda Codi Uittaker — Anna Ozzi Mayers — Klint Brett Qoldşteyn — Brendan Alisa Lou — Alisa Lorreyn Eşburn — Marion Eliyen Deyvis — Jan Edvard Hoqq — Dalğıc Reyçel Derinq — Fiona
Filmin musiqiləri Micah P. Hinson — This Old Guitar Micah P. Hinson — You lost sight of me Micah P. Hinson — Beneath the rose Micah P. Hinson — Ambulance scene Micah P. Hinson — I Ain't movin' Micah P. Hinson — A million light year Micah P. Hinson — A million light year Micah P. Hinson — How are you a dream Micah P. Hinson — The Quill Micah P. Hinson and T. Nicholas Phelps — In the making Micah P. Hinson and T. Nicholas Phelps — I sleep tonight Micah P. Hinson and T. Nicholas Phelps — The Downside Micah P. Hinson and T. Nicholas Phelps — Period scene: manipulation of I sleep tonight Aaron Beckum — Champions of the river Nile Gabrielle Aplin — Panic cord Benjamin James Smith — Billy Western Middle East — Jesus came to my birthday party Cinematic Orchestra — To build a home Whitesnake — Here I go again
İstinadlar
Xarici keçidlər Full trailer
Kateqoriya:İngiliscə filmlər Kateqoriya:2016-cı ilin filmləri Kateqoriya:Böyük Britaniya filmləri Kateqoriya:Birləşmiş Krallıqda çəkilən filmlər Kateqoriya:Birləşmiş Krallığın komediya filmləri Kateqoriya:İngilis dilində komediya-dram filmləri