() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür.
Arealı Böyük Qafqazın Quba sahəsi və qərb hissəsi, Kiçik Qafqazın şimal və mərkəzi hissələri, Naxçıvanın dağlıq hissəsi.
Botaniki xarakteristikası Çoxillik ot bitkisidir. Gövdə sadə və ya budaqlıdır, 5-15 sm hündürlükdə, aşağı hissədə pulcuqlu, 2-3 yarpaqlıdır. Bu yarpaqlar uzun saplaqlı, üçbölümlü, yuxarı yarpaqlar oturaq, kiçilmişdir. Çiçəklər 2-5 ədəd olmaqla kiçik başcığa toplanmışdır. Çiçək tacı göyümtül, bəzən çəhrayi-bənövşəyi, çox nadir halarda ağımtıl, 15-20 mm uzunluqda, düz, küt, 1,5 dəfə yarpaq ayasından uzundur. Qutucuq 10-15 (5) mm uzunluğunda, uzunsov və ya xətvari-ellipsşəkillidir.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləməsi iyun, meyvə verməsi iyul-avqust aylarına təsadüf edir. Yüksək dağ və alp qurşaqlarında rast gəlinir.
Sayı və tendensiyası Populyasiyanın vəziyyətinin və təbii bərpasının, ətraf mühit amillərinin dəyişilməsindən və antropogen təsirlərdən asılıllığı müşahidə olunur.
Məhdudlaşdırıcı amillər Antropogen amillər (əsasən otlaqların sistemsiz otarılması) və iqlim dəyişilmələri.
Mühafizə tədbirləri Yayıldığı ərazilərdə yasaqlıqların təşkil edilməsi və növün monitorinqinin aparılması, toxumlarının yığılması təklif olunur.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Avropa florası