() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri Çoxillik ot bitkisidir. Soğanağı yumurtavari və ya enli–yumurtavari, qəhvəyi pərdəli qınla örtülüdür. 12-18 sm hündürlükdədir. Yarpaqları 12-14 sm uzunluğunda, 7–8 mm enində küt. Tədricən əsasından sıxılmışdır. Çiçəkyanlığının kənarı enli-xətvari, 4, 5 sm uzunluğunda, təpə hissəsi sivri, aşağıdan oyuqlu, itidir. Erkəkcik 6-7 dəfə əsnəkdən qısadır. Qutucuq 1 sm uzunluğunda, 8 mm enindədir.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə və meyvə əmələgəlmə dövrü oktyabr-noyabr aylarına təsadüf edir. Soğanaqla çoxalır. Aşağı dağ qurşağında quru, daşlı və çınqıllı yamaclarda rast gəlinir. Dekorativ bitkidir.

Yayılması Kür-Araz ovalığı (Göyçay rayonu, Qaraməryəm və Bığır kəndlərinin ətrafı); Qobustan (Bozdağ); Böyük Qafqazın şərq hissəsi (Şamaxı ətrafı).

Sayı və tendensiyası Məhdud sayda bir neçə lokaliteti müşahidə olunur, azalma tendensiyası davam edir.

Məhdudlaşdırıcı amillər Populyasiyanın növlərinin sayının azlığı, dekorativ əhəmiyyətinə görə əhali tərəfindən həddindən artıq toplanması, otarılma və tapdalanma. Xüsusi yaşayış mühitinə tələbkar növdür.

Mühafizə tədbirləri Mühafizəsi üçün xüsusi tədbirlər görülmür. Populyasiyalarının ciddi nəzarətə götürülməsi və mütəmadi monitorinqlərin aparılması.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Qərbi Asiya florası Kateqoriya:Rusiya florası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər Kateqoriya:Fransa florası Kateqoriya:İspaniya florası Kateqoriya:Mərakeş florası Kateqoriya:Əlcəzair florası