() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir (VU D2). Azərbaycanın nadir, Qafqazın endemik növüdür.

Qısa morfoloji təsviri Çoxillik ot bitkisidir. Soğanaq yumurtavari və ya 1,5 sm yoğunluğunda, boz qınlıdır. Yarpaqlar novşəkilli, 2-3 mm enində, xətvaridir. Çətir şarvari, çoxçiçəklidir. Çiçəkyanlığı 5 mm uzunluğundadır, enli-zəngvari, ağ-çəhrayımtıl, tünd-qırmızı damarlıdır. Erkəkcik sapı çiçəkyanlığından qısadır, əsası qısa kirpicklidir, xaricdən neştərşəkilli, daxildən 3 bölümlü, sütuncuq çiçəkyanlığından kənara çıxmır.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə və meyvələmə dövrü aprel-may aylarına təsadüf edir. Soğanaqla və toxumla çoxalır. Kseromezofitdir. Dekorativ bitkidir.

Yayılması Diabar, Lənkəranın dağlıq hissəsində yayılmışdır. Orta və subalp qurşaqlarında quru qayalı yerlərdə rast gəlinir.

Sayı və tendensiyası Hazırda populyasiyanın Hirkan Milli Parkında qorunmasına və sabitliyinə baxmayaraq antropogen təsirlər azalma tendensiyasını yarada bilər.

Məhdudlaşdırıcı amillər Dekorativ əhəmiyyətinə görə əhali tərəfindən toplanılması, otarılma və tapdalanma.

Mühafizə tədbirləri Mühafizəsi üçün xüsusi tədbirlər görülmür, antropogen təsiri azaltmaq məqsədilə yasaqlıqlar təşkil olunmalıdır.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Ermənistan florası Kateqoriya:Əlcəzair florası