() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c+3c. Azərbaycanın nadir növüdür.

Sinonimləri Rhinopetalum gibbosum (Boiss.) Losinsk. et Vved.

Qısa morfoloji təsviri Soğanaqlı, çoxillik ot bitkisidir. Soğanaq açıq-pulcuqlu, kürəşəkillidir. Gövdə 8-20 sm hündürlükdə, yarpaqlar çılpaq, aşağı yarpaqlar qarşı-qarşıya, yuxarı yarpaqlar növbəli yerləşmişdir, ensiz, xətvari, sivridir. Çiçəkləri salxım çiçək qrupunda toplanıb, uc hissədə yerləşir. Çiçəkyanlığı 12- uzunluğunda, 7- enində, bənövşəyi rəngli, tünd-bənövşəyi damarlı, qaidəsi tünd-ləkəli, yumurtavari ovalşəkillidir. Tozluq bənöşəyi, mavi, qutucuq aztillidir.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə aprel, meyvə əmələgətirmə may-iyun aylarına təsadüf edir. Soğanaqla və toxum vasitəsilə  çoxalır. Quru, daşlı, gilli-çınqıllı yamaclarda yayılmışdır. Kseromezofitdir. Geofit bəzək bitkisidir.

Yayılması Naxçıvan düzənliyində Şahtaxtı, Duzdağ, Nehrəm ətrafı, Dərəşam və Darıdağ, Əlincəçay vadisində yayılmışdır.

Sayı və tendensiyası Populyasiya az rast gəlinir. Məhdudlaşdırıcı amillərin təsirinə məruz qalması populyasiyanın azalma tendensiyasını sübut edir.

Məhdudlaşdırıcı amillər Antropogen (əhali tərəfindən yığılması) və zoogen amillər.

Mühafizə tədbirləri Mühafizəsi üçün xüsusi tədbirlər görülməyib. Yeni yayılma yerlərinin axtarılması vacibdir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:1846-cı ildə təsvir edilən bitkilər Kateqoriya:Əfqanıstan florası Kateqoriya:İran florası Kateqoriya:Pakistan florası Kateqoriya:Türkmənistan florası Kateqoriya:Pyer Edmond Boissier tərəfindən adlandırılmış taksonlar