() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir –EN B1 ab(i, ii, iii, iv)+2ab(i, ii, iii, iv). Azərbaycanın nadir növüdür.
Qısa morfoloji təsviri Birillik bitkidir, 5-20 sm hündürlükdədir. Steril yarpaqları qısa, saplaqlı, böyrəkvari; seqmentləri yelpiy şəkillidir; fertil yarpaqları oval-lansetvari, saplağı qırmızı-qonur, uzun; ikinci sıra seqmentləri pazvari tərc-oval şəkillidir; bəzən bir bitkidə bütövlükdə yarpaqların fertil olması müşahidə olunur; sporların üçşüalıdır.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Sporlarla çoxalır, sporların yetişmə dövrü may-iyun aylarına təsadüf edir. Aşağı və orta dağlıq qurşağın kölgəli meşə formasiyalarında və qaya çatlarında bitir. Petrofitdir. Dekorativ bitkidir.
Yayılması Abşeron (Puta stansiyasından 6 km şimal-qərbə doğru, Korgöz dağının qərb yamacında (qaya çatlarında); Lənkəran ovalığı (Nisyaku dağı, Alekseyevka kəndi, əkin sahəsinin kənarları; Astara rayonu, Pensər kəndinin ətrafı).
Sayı və tendensiyası Tək-tək rast gəlinir, sayı çox azdır.
Məhdudlaşdırıcı amillər Bitmə şəraitinin, xüsusən meşə sahələrinin qırılması və digər antropogen amillər.
Mühafizə tədbirləri Məlum biotoplar mühafizə edilməli, təbiətdə axtarışı davam etdirilməlidir.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Yeni Zelandiya florası Kateqoriya:Livan florası Kateqoriya:Avstraliya florası Kateqoriya:Afrika florası Kateqoriya:30–34 ID olan Taksonbar