() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.

Statusu Nadirdir.

Kateqoriyası (NT). Təhlükə həddinə yaxındır.

Genefond əhəmiyyəti Azərbaycan faunasında cinsin 3 növündən biridir.

Qısa təsviri Qarğadan böyükdür (0,5–1,2 kq). Ümumi rənginə görə kiçik əyridimdiyə oxşayır. Amma başında və döşündə qonur fon üzərində uzanan qara naxışlar var. Quyruqüstü lələkləri ağdır.

Yayılması Reproduktiv arealı Avropa və Asiyanın meşə-bozqır zonasında yerləşib. Avropanın qərb hissəsində, Aralıq dənizi sahillərində, Afrikada və Asiyanın cənubunda qışlayır. Azərbaycana qışlamaq üçün gəlir, payızda və yazda buradan ötüb keçən miqrant populyasiyası da var.

Yaşayış yeri və həyat tərzi Rusiyada reproduktiv populyasiyası meşə-bozqır zonasının bataqlıq sahələrində məskunlaşıb nəsil verir. Azərbaycanda əsas qışlaq və miqrasiya yeri Xəzər dənizi sahilidir. Miqrant populyasiyası yazda mart ayında, payızda isə avqustdan oktyabra qədər müşahidə edilir. Qalıb qışlayanlara tək-tək təsadüf edilir. Əsas yemi həşərat və başqa onurğasız heyvanlardır.

Sayı XX əsrin ortalarına qədər miqrant populyasiyası çoxsaylı, Azərbaycanda qalıb qışlayanlar isə adi saylı olublar. Sonralar hər iki populyasiyası azalıb nadir olub.

Məhdudlaşdırıcı amillər Azalmasının əsas səbəbi reproduktiv arealında antropogen və antropik təsirlər olub: ovçuların birbaşa təqib etməsi, xam torpaqların istifadəsi, səs-küyün çoxalması, otlaqlarda yuvaların dağıdılması və s. Azərbaycanda miqrant və qışlamağa gələn populyasiyasının ovlanması da olub.

Əhali üçün əhəmiyyəti Elmi və estetik əhəmiyyəti var.

Qorunması üçün qəbul edilmiş tədbirlər Ramsar, Bern, Bonn konvensiyalarına və AEWA sazişinə daxildir. Azərbaycanda xüsusi mühafizə statusu yoxdur.

Qorunması üçün məsləhət görülmüş tədbirlər Azərbaycanda ovlanma hallarının aradan qaldırılması və "Qırmızı Kitab"a daxil edilməsi məsləhətdir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Türkiyə quşları Kateqoriya:İran quşları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Avrasiya quşları Kateqoriya:Afrika quşları Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları Kateqoriya:1758-ci ildə təsvir edilən quşlar