() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.
Statusu Nadirdir.
Kateqoriyası (VU). Mənfi təsirlərə həssasdır.
Genefond əhəmiyyəti Azərbaycan faunasında cinsin tək növüdür.
Qısa təsviri İri yırtıcıdır (2,1-2,4 kq). Ümumi rəngi ağ, çalma lələkləri qaradır. Quyruğu dar və pazvaridir. Üzü lələksiz çəhrayı–sarı rəngli dəridir. Boynunda və peysərində sərt lələklərdən ibarət “yaxalıq” var. Səsi fit kimidir.
Yayılması Avropa, Asiya və Afrikada yayılıb. Azərbaycanda dağətəyi və dağlıq sahələrdə məskunlaşıb. Azərbaycanın 17 ornitocoğrafi sahəsindən 8-də nəsil verir, Şərqi Qafqaz dağ meşələri, Kiçik Qafqaz yüksək dağlığı, Şamaxı-Altıağac, Naxçıvan orta dağlığı, Talış bozqırları, Qobustan, Böyük və Kiçik Qafqaz dağətəyi sahələri.
Yaşayış yeri və həyat tərzi Sıldırım qaya və yarğan olan açıq sahələrdə yaşayır. Sıx meşəni və düzənliyi xoşlamır. Azərbaycana nəsil vermək üçün gəlir (mart-apreldən oktyabra qədər olur). Aprelin axırında köhnə yuvasını təmir edir, bəzi cütü yeni yuva tikir. Yuvası sıldırım qayada, yaxud yarğanda kiçik mağaraya oxşar oyuqda yerləşir. Bəzən başqa quşun yuvasını zəbt edir. May ayının əvvəlində 2 ədəd pas kimi qonur ləkələri olan sarımtıl–ağ rəngli yumurta verir, 40 gün kürt yatıb bala çıxarır. İyulun axırlarında pərvaz balası müşahidə edilir. Əsas yemi leşdir. Leş yerini başqa quşlardan tez tapır. Eyni vaxtda tısbağa, kərtənkələ, ilan, qurbağa və s. ovlayır. Zibillikdən ərzaq qalıqları götürür.
Sayı XX əsrin 50-ci illərinə qədər adi saylı olub. Sonralar azalıb. XX əsrin axırında Azərbaycanda cəmi 70 cüt quş sayılıb, indi isə 40 cüt qalıb.
Məhdudlaşdırıcı amillər Uzun müddət zərərli bilib təqib edilməsi, yem bazasının zəifləməsi, qalanın da zəhərlənməsi, nəsil verən yerlərində səs-küyün çoxalması.
Əhali üçün əhəmiyyəti Təbii sanitardır.
Qorunması üçün qəbul edilmiş tədbirlər Ovlanması və satışı qadağandır. Qorunan ərazilərdə nəzarət altında saxlanılır. Bakı zooparkında nümayiş etdirilib əhaliyə tanıdılır. CİTES, Bern və Bonn konvensiyalarına daxildir. Beynəlxalq miqyasda qorunur.
Qorunması üçün məsləhət görülmüş tədbirlər Yem bazasının qorunması, yem azlığı şəraitində yuvası yaxınlığına leş atılması, ekoloji maarifçiliyin gücləndirilməsi, yuva sahəsinin təbiət abidəsi edilməsi.
İstinadlar
Həmçinin bax
Kateqoriya:İran quşları Kateqoriya:Hindistan quşları Kateqoriya:Qırmızı kitab siyahısında nəsli kəsilməkdə olan növlər Kateqoriya:Avrasiya quşları Kateqoriya:Afrika quşları Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış heyvan taksonları Kateqoriya:1758-ci ildə təsvir edilən quşlar