Dəstəgül Zamanlı — azərbaycanlı şairə, jurnalist, publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü.

Həyatı Dəstəgül Şəmiyeva Əzməmməd qızı Zamanlı 1960-cı iyun ayının 15-də Şamaxı rayonunun Zarat kəndində anadan olmuşdur. Şamaxı şəhər 4 nömrəli orta məktəbi bitirdikdən sonra 1982-ci ildə Bakı Tibb Texnikumuna qəbul olmuşdu. Texnikumu bitirəndən sonra 1992-2001-ci illərə kimi Azərbaycan Milli Ordusunda gizir rütbəsində xidmət etmişdi. 2007-ci ildən Azərbaycan Respublikası Sərhəd Qoşunlarının Baş Klinik Hospitalında tibb bacısı vəzifəsində işləmişdir. Çalışdığı dövrlərdə o, özünü vətənpərvər şəxs kimi sübut etmiş və həkim kimi fədakarlıqla hərbçilərimizin keşiyində durmuşdur.

Eyni zamanda uşaq yaşlarında onda ədəbiyyata, şeirə həvəs formalaşmışdır. O, daima insanların ürəyindən keçən duyğuları, hissləri qələmə almağa, təsvir eləməyə, oxuculara çatdırmağa çalışmışdır. Eyni zamanda Dəstəgül Zamanlı “Vətən uğrunda” qəzetinin müxbiri idi. Hər zaman o, Qarabağ əlillərinin sosial vəziyyəti ilə çox maraqlanır və kimin bir problemi vardısa rayon rəhbərliyi ilə onu həll edirdi. Çoxlu Qarabaq əlilləri ilə bağlı portret yazıları yazmışdır. "Saçlarımda çiçəkləyir həsrətin" adlı şeirlər və "Biz məğlub olmamışıq..." kitablarının müəllifi idi. "Məcməüşşüəra", "Vahid" ədəbi məclislərin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü idi. Bir oğlu, iki qızı və bir nəvəsi vardır.

Ölümü Dəstəgül Zamanlı 23 fevral 2017-ci ildə Lənkəran şəhərində faciəvi avtoqəzada vəfat etmişdir. Liman şəhəri ərazisində yolu keçmək istəyərkən maşın onu vurmuşdur. Dəstəgül Şəmiyeva ağır kəllə-beyin travması ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, xəstəxanada vəfat etmişdir.Tanınmış şairə yol qəzasında öldü Dəstəgül xanım doğulduğu Şamaxı rayonunda dəfn olunub.

Kitabları "Saçlarımda çiçəkləyir həsrətin" "Biz məğlub olmamışıq..."

İstinadlar

Xarici keşidlər Şairə Dəstəgül Zamanlı. EMTV Dəstəgül Zamanlının əziz xatirəsinə

Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycan qadın jurnalistləri Kateqoriya:Şamaxıda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər